“Azprotein Foods Group” anbardar axtarır

Anbardar


Azprotein Foods Group MMC anbardar vəzifəsi üzrə vakansiya elan edir.

-İşəgötürən:  “Azprotein Foods Group”

-Vakansiya: Baş anbardar

 – Maaş : 800 AZN

– Şəhər –  Bakı

-Yaş- 21 – 45 yaş

-Təhsil- Natamam ali təhsil (bakalavr)

-İş təcrübəsi- 3 ildən 5 ilə qədər

-Elanın bitmə tarixi- 27.11. 2022

-E-mail- [email protected]

Namizədə Tələblər:

-Ali təhsil

-Yaş həddi: 21 – 45 yaş

-Staj: 2 – 4 il

-Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək

-1C anbar modulunda işləmək bacarağı

-İşində ciddi və məsuliyyətli olmalı

-Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:

-Xidmət sahəsində yük daşınmaları, yükün,  xammalın, mal materialın anbara qəbulu və oradan təhvil verilməsini təmin etmək;

-Anbarda olan yüklərin siyahısını tərtib etmək:

-Xammal və mal materialları anbara qəbul edərkən,  faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;

-Xammal və mal materialların xüsusiyyətindən asılı olaraq  anbarda düzgün yerləşdirilməsini təşkil etmək;

-Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan malı anbara qəbul etmək və anbarda malların qabaqcadan komplektləşdirilməsini təşkil etmək;

-Malın göndərilməsi barədə Əl terminalı və kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;

-Malın qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;

-Anbara Malları təhvil almaq və malları təhvil vermək;

-Malı təhvil alarkən malın qaiməsi ilə mala aid göstəriciləri üzləşdirmək;

-Malın qablaşdırmasına diqqət etmək;

-Malların yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;

-Zəruri hallarda – malların sənədləşməsində çatışmamazlıq, say və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və malın xarab olması hallarında malın nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;

-Malın tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli mallar üzrə inspektoru, Keyfiyyətə nəzarət xidmətinin əməkdaşnı malın qəbuluna cəlb etmək;

-Təhlükəli mallar»ın, onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək;

-Malı anbara qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə malın qəbulunun təsdiqləmək;

-Anbara qəbul edilmiş mallar barəsində  sənədləri Mühasibatlıq şöbəsinin  əməkdaşlarına vermək;

-Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək;

-Anbarların təyin edilən günlərdə inventarizasiya-sayımını keçirtmək.

-Əmək haqqı: 800 manat.

-İş qrafiki: 6 günlük.

-Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Mobil: (050) 265 48 98 – Whats App aktivdir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]