AzProduct anbardar axtarır (Neftçala)

İşəgötürən: AzProduct
Vakansiya: Anbardar (Neftçala)
Son tarix: 13 noyabr 2022
Vəzifə öhdəlikləri:
-Anbara qəbul edilən malların (xammal, hazır məhsul, tara) siyahı üzrə yoxlanılmasını və nəzərdə tutulan zonalara yerləşdirilməsini təşkil etmək;
-Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
-Anbarda olan məhsulların təhlükəsiz saxlanılmasının təmin etmək;
-Saxlama rejiminə əməl olunmasına riayət etmək;
-Daxil olan yüklərin qəbul edilməsi üçün yer hazırlamaq;
-Anbar əməliyyatlarının uçotunun aparılmasında iştirak etmək;
-Malların inventarizasiyasının aparılmasında iştirak etmək;
-Anbar qalığına nəzarəti həyata keçirmək;
-Anbar sənədlərinin vaxtlı vaxtında sistemə işlənilməsi və günlük yoxlanılmasını təmin etmək;
-Təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasını nəzarət etmək;
-Aylıq stok sayımınında iştirak etmək, stokda olan çatışmamazlıqları müəyyən etmək və müvafiq hesabat hazırlamaq;
-Malın hərəkəti ilə bağlı bütün əməliyyatları prosedurlar üzrə tələb olunan sənədlər əsasında icra etmək (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
Namizədə dair tələblər:
-Ali maliyyə bakalavr təhsili
-Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
-Əla səviyyədə Azərbaycan dili, rus dili arzuolunandır;
-MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;
-Analitik təhlil etmə qabiliyyəti;
-Problemləri vaxtında aşkarlamaq və həll etmək;
-Prioritetlər müəyyənləşdirmək və vaxtdan səmərəli istifadə etmək;
-Sərbəst şəkildə və ya komandada işləyə bilmək.
İş şəraiti:
-İş günləri: I-VI günlər;
-İş saatı: 09:00-17:00;
-Nahar şirkət tərəfindən verilir.
İş yeri: Neftçala rayonu, Sənaye məhəlləsi
Şirkət Netçala rayonunda yerləşdiyi üçün üstünlük həmin bölgədən olan namizədlərə veriləcək.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur
Vakansiyalar
- 2 gün, 7 saat, 8 dəq
- 2 gün, 7 saat, 11 dəq
- 3 gün, 26 dəq
- 3 gün, 1 saat, 8 dəq
- 3 gün, 1 saat, 10 dəq