AZprint təchizat işləri üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: AZprint

Vakansiya: Təchizat işləri üzrə mütəxəssis

Son tarix: 21 iyul 2022

Namizədə olan tələblər:

-Ali təhsil

-Təchizatçı kimi 3 il iş təcrübəsi

-Azərbaycan və rus dilində şifahi və yazılı sərbəst ünsiyyət bacarığı 

-Kompüter bilikləri (MS Office, 1C)

-Planlama bacarığı

-Təmsiletmə bacarığı

-Araşdırma bacarığı

-Dəqiqlik

-Məsuliyyətlilik

-Analiz etmə 

İş haqqında məlumat:

-Satınalma planının hazırlanması və rəhbərliyə təqdim olunması

-Təchizatçı şirkətlərlə effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi

-Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının formalaşdırılması və təhlil edilməsi

-Satınalmalar üzrə müqavilə şərtlərinin müəyyən olunması, sənədləşdirmə işlərinin aparılması

-Təchizatçılar bazasının formalaşdırılması və əlaqələrin saxlanılması

-Tender sorğularının hazırlanması və qiymətləndirilməsi

-Ehtiyac olduqda təchizatla bağlı xarici şirkətlərlə danışıqların aparılması

-Təchizatçı şirkətlərin texniki və maliyyə təhlilinin (müqayisəli təhlil) aparılması, rəhbərliyə təqdim olunması

-Satınalma və təchizat tələblərinin nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanılması və icra edilməsi.

-Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

İş şəraiti:

-6 günlük iş həftəsi  

-Əmək Məcəlləsinə əsasən sənədləşmə    

-Əmək haqqı razılaşma ilə 

Vakansiyaya müraciət üçün CV-ləri “Təchizat işləri üzrə mütəxəssis” başlığı ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]