AZINTELECOM informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə mütəxəssis axtarır

İşəgötürən: AZINTELECOM
Vakansiya: İnformasiya təhlükəsizliyinin idarə edilməsi üzrə mütəxəssis
Son tarix: 11 iyun 2022
Vəzifə öhdəlikləri:
-İnformasiya Təhlükəsizliyinin idarə edilməsi üzrə planlamada iştirak
-İnformasiya Təhlükəsizliyinin idarə edilməsi üzrə nəzarət tədbirlərinin seçilməsi və tətbiq edilməsi ilə bağlı tapşırıqların icrası
-İnformasiya Təhlükəsizliyinin idarə edilməsi üzrə təşkil edilmiş yoxlamalarda iştirak və müvafiq istiqamət üzrə daxili audit prosesinin dəstəklənməsi
-İnformasiya Təhlükəsizliyinin idarə edilməsi sisteminin davamlılığının təmin edilməsi üzrə tapşırıqların yerinə yetirilməsi və təkliflərin verilməsi
-İnformasiya Təhlükəsizliyi yoxlamalarına və insidentlərin araşdırılmasına dəstək göstərilməsi
-Şöbənin fəaliyyət istiqamətləri üzrə kommunikasiyanın təşkili və hesabatların hazırlanması
-Şöbə müdiri tərəfindən müəyyən edilmiş əsas fəaliyyət göstəricilərinə uyğun funksiyaların icra edilməsi
Tələb olunan bilik və bacarıqlar:
-İnformasiya təhlükəsizliyi üzrə bakalavr dərəcəsi və müvafiq sahə üzrə sertifikasiya
-Windows Əməliyyat sisteminin müxtəlif versiyaların, Linux əməliyyat sisteminin ən azı iki distrosunda işləmək bacarığı
-Kiberhücum və kibermüdafiənin təşkili haqqında nəzəri biliklər
-İnformasiya Təhlükəsizliyi üzrə tətbiq edilən standartlar haqqında fundamental biliklər
-İnformasiya Təhlükəsizliyi üzrə tətbiq edilən nəzarət tədbirlərini təsnifləndirmə və hər birinə uyğun icra mexanizmləri barədə biliklər
-İnformasiya Təhlükəsizliyi üzrə daxili tənzimləyici sənədlərlə işləmək bacarığı
-İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi üzrə risklərin idarə edilməsi üzrə tətbiq edilən çərçivə sənədlər haqqında biliklər
-İnformasiya Təhlükəsizliyi sahəsində tətbiq edilən normativ hüquqi aktlar haqqında fundamental biliklər
-ISO 27001 standartı üzrə fundamental biliklər
-Windows 10/11, Linux Ubuntu/Kali biliklər
-Məntiqi-analitiki düşüncə qabiliyyəti
-Təqdimat bacarığı
-Minimum 0-12 ay iş təcrübəsi
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 saat, 59 dəq
- 2 saat, 19 dəq
- 2 saat, 36 dəq
-
2 saat, 43 dəq
“Bank of Baku” Şəki, Xaçmaz və Şirvan filiallarına işçi axtarır
- 2 saat, 51 dəq