“Azertexnolayn” şirkəti baş mütəxəssis axtarır

Mütəxəssis


Azertexnolayn şirkəti Keyfiyyət İdarəetmə Sistemi üzrə baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

-Elan tarixi: 15.04.2022

-Bitmə tarixi: 15.05.2022

-Şirkət: Azertexnolayn LLC

-Ərazi: Sumqayıt

-Əmək haqqı: Müsahibə əsasında

-Staj: 3 il

-Yaş həddi: 25 — 35 yaş

-Təhsil: Natamam ali təhsil (bakalavr)

-İş rejimi: Tam iş günü (5 gün)

-Müqavilə: Əmək müqaviləsi

-E-mail: [email protected]

Əsas vəzifə öhdəlikləri:

Şirkətdə, Keyfiyyət İdarəetmə Sistemləri sahəsində işlərin koordinasiyası və təşkili,

Lazım olan beynəlxalq standartlara (o cümlədən API Q1 9-cu nəşr/ ISO14001:2015 / ISO 9001:2015/ ISO 45001:2018/ ISO IEC 17025:2017/ ISO IEC 17020:2012) uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini inkişaf etdirmək və davamlılığını təmin etmək,

KİS proseslərinə uyğun prosedurların hazırlanmasında və təkmilləşdirilməsində iştirak,

KİS funksiyalarının monitorinqinin və təhlilinin həyata keçirilməsi, verilənlər əsasında sistemin təhlili və KİS-in effektivliyi barədə rəhbərliyə hesabatların verilməsi,

İllik daxili auditin planlaşdırılması və həyata keçirilməsi,

Auditlər zamanı aşkarlanan bütün uyğunsuzluqların effektiv şəkildə düzəldilməsini və müstəqil şəkildə yoxlanılmasını təmin etmək üçün audit proqramını idarə etmək,

Risklərin idarə edilməsi metodologiyası və Dəyişikliklərin İdarəolunması prosesləri ilə iş təcrübəsi,

Məhsul və proseslərin sertifikatlaşdırılması ilə bağlı iş təcrübəsi,

Keyfiyyət İdarəetmə Sistemlərinə dair performans göstəricillərinin (KPI) müəyyənləşdirilməsi və nəzarət edilməsi,

Strukturların idarəetmə sistemlərində təkmilləşdirmələr təklif etmək,

Seçim meyarları:

İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il

Təhsili/ixtisası: Ali təhsil  (Mühəndis)

Təlim və kurslar: ISO14001:2015 / ISO 9001:2015/ ISO 45001:2018/ ISO IEC 17025:2017/ ISO IEC 17020:2012) standartları üzrə təlimlər

Bacarıqlar: MS office proqramları( yüksək səviyyədə)

Dil bilikləri: İngilis dili biliyi irəli səviyyədə (Rus dili biliyi üstünlükdür)

Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

Struktur: Mərkəzi sənaye və inşaat məhsullarının sınaq laboratoriyası

İş rejimi: 5 gün 09:00 – 18:00

İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini e-mail [email protected] ünvanına “Keyfiyyət idarəetmə sistemi üzrə baş mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur


©️ 2022

070 231 45 70

[email protected]