Azertexnolayn keyfiyyət idarəetmə sistemi üzrə baş mütəxəssis axtarır

İşəgötürən: Azertexnolayn
Vakansiya: Keyfiyyət idarəetmə sistemi üzrə baş mütəxəssis
Son tarix: 09 iyul 2022
Əsas vəzifə öhdəlikləri:
-Şirkətdə, Keyfiyyət İdarəetmə Sistemləri sahəsində işlərin koordinasiyası və təşkili,
-Lazım olan beynəlxalq standartlara (o cümlədən API Q1 9-cu nəşr/ ISO14001:2015 / ISO 9001:2015/ ISO 45001:2018/ ISO IEC 17025:2017/ ISO IEC 17020:2012) uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini inkişaf etdirmək və davamlılığını təmin etmək,
-KİS proseslərinə uyğun prosedurların hazırlanmasında və təkmilləşdirilməsində iştirak,
-KİS funksiyalarının monitorinqinin və təhlilinin həyata keçirilməsi, verilənlər əsasında sistemin təhlili və KİS-in effektivliyi barədə rəhbərliyə hesabatların verilməsi,
-İllik daxili auditin planlaşdırılması və həyata keçirilməsi,
-Auditlər zamanı aşkarlanan bütün uyğunsuzluqların effektiv şəkildə düzəldilməsini və müstəqil şəkildə yoxlanılmasını təmin etmək üçün audit proqramını idarə etmək,
-Risklərin idarə edilməsi metodologiyası və Dəyişikliklərin İdarəolunması prosesləri ilə iş təcrübəsi,
-Məhsul və proseslərin sertifikatlaşdırılması ilə bağlı iş təcrübəsi,
-Keyfiyyət İdarəetmə Sistemlərinə dair performans göstəricillərinin (KPI) müəyyənləşdirilməsi və nəzarət edilməsi,
-Strukturların idarəetmə sistemlərində təkmilləşdirmələr təklif etmək,
Seçim meyarları:
-İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
-Təhsili/ixtisası: Ali təhsil (Mühəndis)
-Təlim və kurslar: ISO14001:2015 / ISO 9001:2015/ ISO 45001:2018/ ISO IEC 17025:2017/ ISO IEC 17020:2012) standartları üzrə təlimlər
-Bacarıqlar: MS office proqramları( yüksək səviyyədə)
-Dil bilikləri: İngilis dili biliyi irəli səviyyədə (Rus dili biliyi üstünlükdür)
-Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
İş şərtləri:
-Struktur: Mərkəzi sənaye və inşaat məhsullarının sınaq laboratoriyası
-İş rejimi: 5 gün 09:00 – 18:00
-İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “Keyfiyyət idarəetmə sistemi üzrə baş mütəxəssis” başlığı altında [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur
Vakansiyalar
- 12 saat, 50 dəq
- 1 gün, 13 saat, 45 dəq
- 1 gün, 13 saat, 59 dəq
- 2 gün, 8 saat, 22 dəq
- 2 gün, 8 saat, 27 dəq