Azertexnolayn İR üzrə mütəxəssis axtarır

İşəgötürən: Azertexnolayn
Vakansiya: İR üzrə mütəxəssis
Son tarix: 06 iyun 2022
Əmək funksiyası:
-İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
-Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
-Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
-İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
-İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
-İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
-İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
-Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
-Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
-İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;
Namizədə tələblər:
-İnsan Resursları sahəsində ən az 2 il iş təcrübəsi olmalı
-Ali təhsil
-Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə)
-Dil bilikləri: İngilis dili yüksək səviyyədə
-Yüksək analitik düşüncə
-Punktuallıq
Təminatlar:
-Nahar və servis şirkət tərəfindən verilir;
-Korporativ nömrə ilə təmin edilmə;
-İş qrafiki 09:00-dan 18:00-a dək (həftə içi 5 gün)
-Şənbə və bazar istirahət
Tələblərə uyğun gələn namizədlər CV-lərini “İR üzrə mütəxəssis” başlığı altında qeyd edərək göndərmələri xahiş olunur
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 7 saat, 29 dəq
-
15 saat, 9 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 15 saat, 18 dəq
- 15 saat, 19 dəq
- 15 saat, 21 dəq