“Azərsun” işə qəbul üzrə mütəxəssis axtarır

-İşəgötürən: “Azərsun Holdinq MMC”
-Vakansiya: İşə Qəbul üzrə Mütəxəssis
– Son tarix 16 iyun 2022
Ümumi məlumatlar
– Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s) olmalı;
– Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı;
– İş ezamiyyətlərinə gedə bilməli;
– 3 ilə qədər əlaqədar sahədə iş təcrübəsi olmalı.
– İngilis və rus dillərini bilməsi üstünlükdür;
– Stres altında işləməyi bacarmalı;
– Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
– Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
– CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
– MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
İş haqqında məlumat
-Şirkətin işə qəbul və yerləşdirmə prosesinin təşkil edilməsi;
– İşə qəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
– İşə qəbul hesabatlarının hazırlanması;
– İşə qəbul testlərinin həyata keçirilməsi;
– İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
– İşə qəbul layihələrində təşkilati işin həyata keçirilməsi.
– Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
– Email-in mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri
İş qrafiki: həftə içi 5 gün
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 16 saat, 11 dəq
-
2 ay, 3 gün, 11 saat, 42 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 19 saat, 40 dəq
- 2 ay, 1 həftə, 4 gün, 19 saat, 30 dəq
- 2 ay, 1 həftə, 4 gün, 19 saat, 33 dəq