Azersun Holding baş mühasib axtarır (Bölgələr)

İşəgötürən: Azersun Holding
Vakansiya: Baş Mühasib (Bölgələr)
Son tarix: 02 oktyabr 2022
Ümumi məlumatlar:
-Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
-Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
-Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
-Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
-Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
-MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
-ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında:
-Vergi, statistika və DSMF hesabatların hazırlanması;
-Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
-Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
-Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
Ünvan: Bakı, İmişli, Xaçmaz, Kürdəmir
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş mühasib İmişli” qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 saat, 6 dəq
- 2 saat, 8 dəq
- 2 saat, 23 dəq
- 2 saat, 25 dəq
- 2 saat, 39 dəq