“Azərpambıq” maliyyə və uçot şöbəsində böyük mütəxəssis axtarır (büdcə və hesabatlılıq üzrə)

İşəgötürən: Azərpambıq ASK MMC
Vakansiya: Maliyyə və uçot şöbəsində Böyük mütəxəssis (büdcə və hesabatlılıq üzrə)
Son tarix: 12 sentyabr 2022
Tələblər:
-Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya Riyaziyyat üzrə);
-Yaxşı səviyyədə MS Office bilikləri (Excel əla səviyyədə);
-Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (Maliyyə hesabatlılığı sahəsində minimum 2 il);
-Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) dair biliklər;
-Problem həll etmə, analitik düşünmə, təqdimat və komanda işə işləmə bacarığı;
-Beynəlxalq sertifikatlar əlavə üstünlükdür (ACCA, CIMA, CFA, CPA);
İş nümunələri:
-Şirkətin aylıq, rüblük, illik maliyyə hesabatlarının (Mənfəət və ya zərər, Balans, Pul vəsaitlərinin hərəkəti) hazırlanması;
-Şirkətin aylıq, rüblük, illik idarəetmə hesabatlarının hazırlanması;
-Maliyyə hesabatlarının analitik təhlilinin həyata keçirilməsi;
-Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarlarının qəbul edilməsi üçün təkliflərin verilməsi;
-Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflərin verilməsi;
-Şirkətin maliyyə və mühasibat uçotunun avtomatlaşdırılması prosesində iştirak və ERP sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
-Şirkətin illik büdcəsinin tərtibi prosesində iştirak və büdcə hazırlanması üçün təqdim olunan məlumatların təhlil edilməsi;
-Aylıq əsasda büdcə-fakt analizlərinin aparılması və yaranan kənarlaşmaların araşdırılması;
-Daxili və xarici audit prosesində iştirak və auditorlarla koordinasiyalı şəkildə fəaliyyətin həyata keçirilməsi;
-Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra olunması.
İstirahət vaxtı: şənbə, bazar
İş rejimi: 5 gün
Həftədə 40 saat
Əmək haqqı: 1500 AZN.
Telefon: +994 12 4649218
Uyğun namizədlərdən CV-lərini [email protected] mail ünvanına mövzu yerinə “Böyük mütəxəssis” qeyd edərək göndərmələri xahiş olunur.
Vakansiyalar
- 7 saat, 39 dəq
- 7 saat, 41 dəq
- 7 saat, 43 dəq
- 7 saat, 44 dəq
- 7 saat, 47 dəq