Azerlotereya biznesin inkişafı və təlim üzrə mütəxəssis axtarır (Gəncə şəhəri üzrə)

İşəgötürən: Azerlotereya
Vakansiya: Biznesin inkişafı və təlim üzrə mütəxəssis (Gəncə şəhəri üzrə)
Son tarix: 19 iyun 2022
Qısa xülasə: Öhdəliklərə material və metodların araşdırılması, təlim proqramlarının işlənib hazırlanması, təlim üsullarının təhlili və inkişafı, satış təmsilçilərinin təlimatlarına nəzarət və qeydiyyatın təşkili kimi müxtəlif inzibati vəzifələr daxildir.
Hesabat verir: Biznesə dəstək departamentində Biznesə dəstək üzrə supervayzerə
Əsas öhdəliklər:
-Hərtərəfli araşdırma apararaq, təlim mövzularını təhlil edərək materiallarını hazırlamaq
-Şirkət etikasına və davranışına hörmət edən, cəlbedici olan və təlim iştirakçılarına iştirak etmək üçün maksimum imkan yaradan təlim proqramı təşkil etmək.
-Təlim məşğələlərinin təlimatına və təqdimatına töhfə vermək və fərqli metod və materialların qarşılıqlı əlaqəni və iştirakçılığı səmərəli şəkildə necə təşviq etdiklərini qiymətləndirmək
-Təlimlə əlaqədar bütün xərclər üçün büdcələri tərtib etmək və yüksək rəhbərliyə hesabat vermək üçün xərcləri əsaslandıran ətraflı hesabatları hazırlamaq
-Təlimçilərin təlim məşğələsini səmərəli şəkildə aparması üçün lazım olan bütün alətlərin, texniki avadanlıqların və resursların təmin edildiyi təlim məkanlarını hazırlamaq
-Müvafiq proqram təminatından istifadə etməklə lazımi təqdimatları hazırlamaq
-Daxili sorğu proseslərini hazırlamaq və nəticələr barədə məlumat vermək
Tələblər:
-Müvafiq sahədə iş təcrübəsi
-Tənqidi düşünmə və problem həll etmə bacarığı
-Təqdimat və ünsiyyət qurma bacarıqları
-Azərbaycan, İngilis və Rus dillərini həm yazılı, həm də şifahi yaxşı səviyyədə bilmə bacarığı
-MS Office proqramlarını əla səviyyədə bilmək bacarığı
-Onlayn sorğu vasitələrindən istifadə etməsi
Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində “Biznesin inkişafı və təlim üzrə mütəxəssis” yazmaqla [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 14 saat, 52 dəq
-
1 ay, 3 həftə, 2 gün, 10 saat, 23 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 18 saat, 21 dəq
- 2 ay, 1 gün, 18 saat, 11 dəq
- 2 ay, 1 gün, 18 saat, 14 dəq