“Azerlotereya” işçi axtarır (Gəncə)

Mütəxəssis


Vakansiya: Biznesin inkişafı və təlim üzrə mütəxəssis (Gəncə şəhəri üzrə)

Son tarix 19 iyun 2022

E-mail – [email protected]

Qısa xülasə: Öhdəliklərə material və metodların araşdırılması, təlim proqramlarının işlənib hazırlanması, təlim üsullarının təhlili və inkişafı, satış təmsilçilərinin təlimatlarına nəzarət və qeydiyyatın təşkili kimi müxtəlif inzibati vəzifələr daxildir.

Hesabat verir: Biznesə dəstək departamentində Biznesə dəstək üzrə supervayzerə

Əsas öhdəliklər:

Hərtərəfli araşdırma apararaq,  təlim mövzularını təhlil edərək materiallarını hazırlamaq

Şirkət etikasına və davranışına hörmət edən, cəlbedici olan və təlim iştirakçılarına iştirak etmək üçün maksimum imkan yaradan təlim proqramı təşkil etmək.

Təlim məşğələlərinin təlimatına və təqdimatına töhfə vermək və fərqli metod və materialların qarşılıqlı əlaqəni və iştirakçılığı səmərəli şəkildə necə təşviq etdiklərini qiymətləndirmək

Təlimlə əlaqədar bütün xərclər üçün büdcələri tərtib etmək və yüksək rəhbərliyə hesabat vermək üçün xərcləri əsaslandıran ətraflı hesabatları hazırlamaq

Təlimçilərin təlim məşğələsini səmərəli şəkildə aparması üçün lazım olan bütün alətlərin, texniki avadanlıqların və resursların təmin edildiyi təlim məkanlarını hazırlamaq

Müvafiq proqram təminatından istifadə etməklə lazımi təqdimatları hazırlamaq

Daxili sorğu proseslərini hazırlamaq və nəticələr barədə məlumat vermək

Tələblər:

Müvafiq sahədə iş təcrübəsi

Tənqidi düşünmə və problem həll etmə bacarığı

Təqdimat və ünsiyyət qurma bacarıqları

Azərbaycan, İngilis və Rus dillərini həm yazılı, həm də şifahi yaxşı səviyyədə bilmə bacarığı

MS Office proqramlarını əla səviyyədə bilmək bacarığı

Onlayn sorğu vasitələrindən istifadə etməsi

Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində “Biznesin inkişafı və təlim üzrə mütəxəssis” yazmaqla e-poçt [email protected] ünvanına göndərmələri xahiş olunur.  

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]