AzerGold CJSC maliyyə şöbəsinin baş mütəxəssisi axtarır

İşəgötürən: AzerGold CJSC
Vakansiya: Maliyyə şöbəsinin baş mütəxəssisi
Son tarix: 12 sentyabr 2022
Əsas vəzifə və öhdəliklər:
-Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil olunmasında iştirak etmək;
-Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək
-Maliyyə bazarlarındakı dəyişikliklərlə bağlı müvafiq təhlillər aparmaq
-İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək
-Maliyyə bazarlarında mövcud olan yeni investisiya imkanlarını mütəmadi əsasda izləmək
-Müvafiq Birja əməliyyatlarının aparılmasında və ticarət sonrası hesablaşmalara nəzarət edilməsində iştirak etmək
-Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək
-Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi
-Sektorun fəaliyyəti ilə bağlı müvafiq arxivləşmə işlərini təmin etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
-Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
-ACCA F3,F7 və ya Dipfr və ya CİMA F1, F2 olan namizədlər arzuolunandır;
-Problem həll etmə, analitik düşünmə, təqdimat və komanda işə işləmə bacarığı;
-Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;(Excel əla səviyyədə)
-Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini;
-Beynəlxalq Maliyyə Hesabatları Standartlarını;
Tələb olunan təhsil və iş təcrübəsi:
-Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
-Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 9 saat, 18 dəq
- 9 saat, 20 dəq
- 9 saat, 22 dəq
- 9 saat, 23 dəq
- 9 saat, 26 dəq