Azerconnect kreditor borcları və debitor borcları üzrə mühasib axtarır (müvəqqəti)

İşəgötürən: Azerconnect
Vakansiya: Kreditor borcları və debitor borcları üzrə mühasib (müvəqqəti)
Son tarix: 09 iyul 2022
Vakansiya haqqında:
Funksiya: Maliyyə
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 08.07.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
-Hesab faktura əsasında xərcləri ERP sistəminə daxil edilməsi
-Hesab-faktura və alış sifarişlərinin işlənməsi zamanı yaranan problemləri araşdırmaq və həll edilməsi
-Tədarükçülər/Müştərilər ilə üzləşmə aktların/hesabatların hazırlanması
-İşçilərə açıq avans ödənişlərini təhlil etmək
-Gündəlik olaraq avans hesabatların ERP sisteminə daxil edilməsi
-İllik auditi dəstəkləmək üçün şirkətin xarici auditorları ilə sıx əməkdaşlıq etmək
-Müdiriyyət tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək
-Daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək
-Şirkətin bütün siyasət və proseduralarına riayət etmək
-Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək
-Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək
-Şirkətə aid məlumatların məxfiliyini təmin etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
-İqtisadiyyat, mühasibat və ya maliyyə sahəsi üzrə ali təhsil
-Əlaqəli sahə üzrə ən azı 3 illik iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
-Sərbəst Azərbaycan və İngilis dili, Rus dili üstünlükdür;
-Microsoft Office proqramlarının peşəkar istifadəçisi;
-Hər hansı peşəkar kvalifikasiyalar üzrə sertifikatlar üstünlükdür (ACCA)
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 ay, 2 həftə, 50 dəq
-
1 ay, 3 həftə, 4 gün, 20 saat, 21 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 4 saat, 19 dəq
- 2 ay, 3 gün, 4 saat, 9 dəq
- 2 ay, 3 gün, 4 saat, 12 dəq