Azerconnect hesabatlılıq üzrə aparıcı mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Azerconnect

Vakansiya: Hesabatlılıq üzrə aparıcı mütəxəssis

Son tarix: 24 sentyabr 2022

Funksiya: Maliyyə
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 30 September 2022

Maliyyə komandamızın bir üzvü olacaq və daxili və xarici hesabatlılıq üzrə bizə dəstək verəcək hesabatlılıq üzrə aparıcı mütəxəssis axtarışındayıq.

Bu rolun öhdəliklərinə aylıq MHBS hesabatlarının hazırlanmasında iştirak etmək və illik xarici audit prosesini dəstəkləmək daxildir.

Hesabatlılıq üzrə aparıcı mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz:

-Yarımillik və illik konsolidə edilmiş və müstəqil maliyyə hesabatlarının, habelə onlara dair vaxtında və düzgün qeydlərin hazırlanması 

-Kənar auditorlarla əməkdaşlıq etmək və onlara yarımillik və illik hesabatların hazırlanmasında tələb olunan məlumatları təqdim etmək

-Mövcud və yeni Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (BMHS) tədqiqi və onların mümkün təsirləri barədə təkliflərin verilməsi

-Aylıq rəhbərlik hesabatlarının hazırlanması və maliyyə hesabatlarının təhlilini təmin etmək

-Gəlir hesabatlarına aid mühasibat, biznes və sistem proseslərinin işlənib hazırlanması/ təkmilləşdirilməsi ilə bağlı fəaliyyətin planlaşdırılmasında iştirak etmək

-Günlük, həftəlik və aylıq gəlir hesabat paketlərini və Əsas Keyfiyyət Göstəriciləri üzrə operativ hesabatları tərtib etmək

-Rəhbərliyin tələb etdiyi ad-hoc hesabatları hazırlamaq

Vəzifənin tələbləri:

-Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə bakalavr dərəcəsi

-Müvafiq sahədə 3 ildən artıq təcrübə

-Əlavə ixtisas (məsələn, ACCA, CIMA və ya CFA) artırıcı sertifikatlar

-Telekommunikasiya sektorunda biliyin olması üstünlükdür

-Analitik düşünmə qabiliyyəti

-Nəticə yönümlü

-Konseptual düşünmə bacarığı

-Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]