Azerconnect data mərkəzi infrastruktur inkişafı üzrə expert axtarır

İşəgötürən: Azerconnect
Vakansiya: Data Mərkəzi infrastruktur inkişafı üzrə expert
Son tarix: 19 iyun 2022
Funksiya: Şəbəkə Texnologiyaları
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 17 June 2022
Data Mərkəzi infrastruktur inkişafı üzrə expert olaraq Sizin vəzifə öhdəlikləriniz:
-Data Mərkəzi strategiyasının işlənib hazırlamaq, risklərin müəyyən edilməsi, texniki məsələlərin həlli və əsas layihələrin çatdırılmasına cavabdeh olmaq
-Data mərkəzinin səmərəliliyini artırmaqla əməliyyat xərclərini azaltmaq üçün müxtəlif yanaşmalar hazırlamaq
-Data mərkəzi həllərini planlaşdırmaq, dizayn etmək, çatdırmaq və qəbul etmək üçün bütün tərəflərlə əməkdaşlıq etmək
-Data mərkəzi layihələri üçün RFI/RFP proseslerində iştirak etmək , tələblərin təhlili, müxtəlif həllərin dizaynı və texniki təkliflərin hazırlanmasında iştirak etmək.
-Müştərilərə “konsepsiyanın sübutu“ üçün avadanlıqların hazırlanması
-Effektiv texniki təqdimat və müştəri cəlb etməklə Data Mərkəzi həllərini təşviq etmək
-Müştəri yönümlü olmaq, əsas boşluqları müəyyənləşdirmək və data mərkəzinin rəqabət qabiliyyətini daim təkmilləşdirmək
-Data mərkəzi infrastrukturunu təkmilləşdirmək , strategiya və yeni məhsulları hazırlamaq
-Kommersiya, İT və texniki şöbələrdən alınan tələblərin idarə olunması, onların təhlili və yeni həllərin verilməsinə cavabdehlik daşımaq
-Müştəri tələblərini öyrənmək və müştərilərə sistemə inteqrasiya olunmuş dizayn və həlləri təqdim etmək
-Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/ yazılı tapşırıqları icra etmək
-Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur /siyasət/ təlimatlara uyğun həyata keçirmək
-Şirkətə aid məlumatların məxfiliyini təmin etmək
Vəzifənin tələbləri:
-Ali təhsil;
-Elektrik və mexaniki sistemlər üzrə ekspert səviyyədə biliklər
-Bütün Data Mərkəzi proqramları və onların müxtəlif kritik sistemlərdə istifadəsi üzrə ekspert səviyyədə biliklər
-Analitik bacarıqlar
-Problemlərin aradan qaldırılma bacarıqları
-Mühəndislik üzrə bakalavr (mexanika və ya elektrik) və ya ekvivalenti
-Data mərkəzlərində infrastruktur, əməliyyatlar və texniki xidmət sahəsində 3 ildən çox peşəkar təcrübə
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 5 saat, 51 dəq
- 5 saat, 56 dəq
- 5 saat, 59 dəq
- 6 saat, 3 dəq
- 6 saat, 10 dəq