Azərbaycanın iri tikinti şirkəti Gürcüstanda işləyə biləcək mühasib axtarır
‘’Kristal Abşeron’’ şirkətində Mühasib (Gürcüstan) vakansiyası aktivdir.
Tələblər:
– Ali təhsil;
– 1C proqramında işləməyi bilməli;
– Analoji sahədə 1-2 il iş təcrübəsi (Tikinti sahəs üzrə təcrübə arzuolunandır);
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
– Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
– Azərbaycan dilini və Rus dilini mükəmməl bilməli;
– Komandada işləmək bacarığı;
– Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
Vəzifə öhdəlikləri:
– İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu, nəzarətini həyata keçirtmək;
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
– Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
– Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uyğun uçotunu təmin etmək;
– Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
– Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
– Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək;
– Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək;
– Maliyyə hesabatlarının hazırlanması (Balans,Mənfəət və Zərər,Pul) vəsaitlərinin hərəkəti haqqında hesabat və s;
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
İş şəraiti:
– 6 günlük iş qrafiki;
– İş yeri: Gürcüstan Respublikası
– Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını linkedin mesaj qutusuna və ya e-mail vasitəsilə mövzu yerinə “Mühasib (Gürcüstan)” yazmaqla ”[email protected]” elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 12 saat, 26 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 13 saat, 21 dəq
- 7 ay, 2 həftə, 5 gün, 15 saat, 14 dəq
- 10 ay, 3 həftə, 3 gün, 9 saat, 59 dəq
-
11 ay, 5 gün, 5 saat, 30 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır