Azərbaycanın iri ticarət şirkətində vakansiyalar

Müdir

vakansiya iselani


Araz Supermarketlər şəbəkəsi “Müştəri Əlaqələrinin İdarə Edilməsi Şöbə Müdiri” vakansiyası üzrə işə qəbul elan edir!

1.Vakansiya : “Müştəri Əlaqələrinin İdarə Edilməsi Şöbə Müdiri”
 Tələblər :
– Ali təhsil müvafiq sahədə;
–  Bu sahədə minimum 3 il iş təcrübəsi;
– MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook), Logo-Tiger, Power BI;
– Dil bilikləri: Azərbaycan dili- əla, İngilis dili yaxşı səviyyədə;
– Analitik düşüncə, müştəriyönümlülük,təqdimetmə bacarıqlarına malik olmaq.
Vəzifə öhdəlikləri :
 – Bonus Kart sxemi üzrə şirkətin müştərilərlə əlaqələrini idarə etmək;
 – Gündəlik olaraq satış nəticələrini nəzərdən keçirmək, təhlil etmək;
 –  Araz mobil tətbiqetməni idarə etmək və tətbiqetmə vasitəsilə şirkətin loyal müştəri balansını artırmaq;
 – Müştəri əlaqələrinin idarə edilməsi layihələrini idarə etmək və ölkə bazarını araşdıraraq, şirkətin müştəri platformasını yüksəltmək;
– Müştəri və satış məlumatlarını təhlil etmək, müştəri əlaqələrinin idarə olunması üzrə hesabatları hazırlamaq (həftəlik və aylıq müştəri məmnuniyyəti göstəriciləri hesabatı, bonus kartı hesabatı);
– Şirkətinə daxil olan müştəri şikayətlərini biznes üçün dəyərli müştəri anlama (insight) mənbəyi olacaq dərəcədə təkmilləşdirmək;
– Bonus Kart üzvlüyü, kartın istifadəsini və bununla da sadiq müştərilərin sayını artırmaq.
 
  Təminatlar:
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki;
– Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Müştəri Əlaqələrinin İdarə Edilməsi Şöbə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

2.Vakansiya: “Vergi Uçotu Bölmə Müdiri”

Araz Supermarketlər Şəbəkəsi “Vergi Uçotu Bölmə Müdiri” vakansiyası üzrə işə qəbul elan edir!

Tələblər :

– Ali təhsil müvafiq sahədə;
– İş təcrübəsi: minimum 3-5 il;
– Dil bilikləri ( Azərbaycan dili səlis, ingilis və  rus-dili biliyi üstünlükdür);
– MS Office bilikləri, Logo və ya SAP proqramlarında işləmək bacarığı;
– Komanda ilə işləmə, hədəfyönümlü, idarəetmə bacarıqları.

 Vəzifə öhdəlikləri :
– Vergi, Sosial Müdafiə, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanması;
– Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək;
– Bölmənin fəaliyyəti ilə bağlı şirkətin proseslərinin qanunvericiliyə müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
-Vergi və digər Dövlət qurumları ilə yazışmalar;
-Vergi planlaması və vergi risklərinin azaldılmasına dair işlər aparmaq;
-Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunu aparmaq;
– İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

Təminatlar:
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki;
– Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Vergi Uçotu Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

3.Vakansiya: “Hüquqşünas”

Araz Supermarketlər Şəbəkəsi “Hüquqşünas” (Aparıcı Mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir!

Tələblər :
– Ali təhsil müvafiq sahədə ;
– İş təcrübəsi: minimum 5 il;
– Dil bilikləri (ingilis-dili yaxşı səviyyədə, rus-dili biliyi üstünlükdür);
– MS Office bilikləri;
– Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü.

Vəzifə öhdəlikləri :
– Məhkəmələrdə şirkətin nümayəndə qismində təmsil edilməsi və nümayəndəlik institutu ilə bağlı bütün səlahiyyətlərin həyata keçirilməsi;
– İddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər hüquqi sənədlərin hazırlanması və məhkəməyə göndərilməsi;
– Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
– Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi, icraatında olan məhkəmə mübahisələrinin və icra proseslərinin gedişi və nəticəsi barədə mütəmadi olaraq tabeliyində olduğu rəhbərinə yazılı və şifahi hesabatların təqdim edilməsi.

Təminatlar:
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki;
– Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Hüquqşünas” (Aparıcı Mütəxəssis) adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

4.Vakansiya: “Təchizat şöbə müdiri”

Araz Supermarketlər Şəbəkəsi “Təchizat şöbə müdiri” vakansiyası üzrə işə qəbul elan edir!

Vəzifə öhdəlikləri:
Şirkətlə əlaqədar təchizat və satınalma fəaliyyətlərinin həyata keçirilməsi;
Satınalma ilə bağlı fəaliyyətin planlaşdırılması, istiqamətləndirilməsi və nəzarətdə saxlanılması;
Sifarişlərin vaxtlı-vaxtında təmini, icra və çatdırılmanın düzgün həyata keçirilməsi;
Bazarın təhlili, tələb olunan malların daxili və xarici bazarda araşdırılması;
Təchizatçılar/subpodratçılar ilə əlaqələrin qurulması və danışıqların aparılması;
Təchizatçı siyahısının və məlumat bazasının yaradılması, mütəmadi yenilənməsi;
Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
Əməliyyat xərclərinə qənaət etmək üçün ən yaxşı təchizat strategiyalarının planlaşdırılması və rəhbərliyə təqdim edilməsi;
Mütəmadi olaraq rəhbərlik tərəfindən tələb edilən hesabatların hazırlanması.

Namizədə dair tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə ən azı 5 illlik iş təcrübəsi;
Azərbaycan dilində səlis bilik (rus dili və ingilis dil biliyi arzuolunan);
MS Office bilikləri;
Bazarı təhlil etmək bacarığı;
Hesabatların tərtib edilməsi bilikləri;
Komandada işləmək bacarığı;
Yüksək səviyyədə şifahi və yazılı danışıqların aparılması bacarığı;
Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı.

İş şəraiti:
5 günlük iş rejimi;
Tibbi sığorta;
Nahar ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
Korporativ mobil nömrə.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Təchizat şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]