Azərbaycan Bank Tədris Mərkəzi təlim koordinatoru axtarır

İşəgötürən: Azərbaycan Bank Tədris Mərkəzi
Vakansiya: Təlim Koordinatoru
Son tarix: 04 iyun 2022
Vəzifə öhdəlikləri:
-Mərkəzə telefonla müraciətlərin cavablandırılması və ya ünvanlanması;
-təlim üçün müraciətlərin və təlim iştirakçılarının qeydiyyyatını aparmaq və qeydiyyatla bağlı müraciətləri cavablandırmaq;
-Mərkəzə elektron poçtla müraciət etmiş müraciətləri öz səlahiyyətləri çərçivəsində cavablandırmaq, səlahiyyətlərinə aid olmayanaları aidiyyatı işçilərə ünvanlamaq;
-Mərkəzə ziyarətçilərin qarşılanmasını təşkil etmək;
-təlim otağını hazırlamaq və təlimçilərin sifarişləri əsasında onu təlim avadanlıqları ilə təmin etmək və ofisdən kənarda keçirilən təlimləri təşkil etmək;
-təlim materiallarını qrammatik yoxlamaq, Mərkəzin standartlarına uyğunlaşdırmaq, çoxaldılmasını və dinləyicilərə vaxtında verilməsini təmin etmək;
-təlim kursları üzrə testlərin və anonim qiymətləndirmələrin keçirilməsini (avtomatlaşmış və fiziki) təşkil etmək, nəticələri emal etmək;
-təlimsonrakı hesabatları və təlimçilərin dərs saatları barədə hesabatları hazırlamaq;
-təlim vaxtının dəyişdirilməsi barədə dinləyiciləri məlumatlandırmaq;
-daxili qaydalarla müəyyən olunmuş kurslarda testlərinin nəticələrinin müzakirəsini təşkil etmək;
-onlayn təlimləri təşkil etmək: təlimlərim yaratmaq, dinləyicilərə qoşulmaq üçün məsafədən dəstək vermək, təlimi izləmək və Mərkəz tərəfindən ortaya çıxan texniki problemlərin həlli üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək, ehtiyac olanda müvafiq əməkdaşı cəlb etmək;
-təlim iştirakçıları üçün sertifikatları hazırlamaq və onlayn təlimlər üzrə onları aidiyyəti iştirakçı və ya sifarişçiyə göndərmək;
-Mərkəzin rəhbərliyinin təlimlərin təşkili üzrə ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.
Vəzifəyə aid tələblər:
-Ali təhsil
-Azərbaycan və rus dili bilikləri yüksək səviyyədə, İngilis dili biliyi orta səviyyədə
-Təlim təşkili sahəsində ən azı 1 il iş təcürbəsi
-Səlist danışıq və yazı qabiliyyəti
-MS Office proqramlarında işləmək bacarığı;
-Təşkilatçılıq və yaradıcı yanaşma
-Təşəbbüskar və yeniliklərə açıq
-Ehtiyac yarandığı halda həftə sonları işləyə bilmək ( Əmək qanunvericiliyi ilə tənzimlənir və əlavə ödəniş edilir)
Biz Sizə nə vəd edirik:
-Daimi inkişaf imkanı, mehriban və səmimi kollektivdə iş
-Performansın dəyərləndirilməsi və motivasiya;
-Mərkəz hesabına nahar yeməyi;
-Tibbi sığorta;
-Əmək qanunvericiliyinə uyğun iş şəraiti.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 15 saat, 52 dəq
-
2 ay, 3 gün, 11 saat, 23 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 19 saat, 21 dəq
- 2 ay, 1 həftə, 4 gün, 19 saat, 11 dəq
- 2 ay, 1 həftə, 4 gün, 19 saat, 14 dəq