Azerbaijan SuperMarket istismar xidməti üzrə texnik işçisi axtarır
İşəgötürən: Azerbaijan SuperMarket
Vakansiya: İstismar xidməti üzrə texnik
Son tarix: 01 avqust 2022
Yerləşmə: Baş Ofis
Departament: Texniki Heyət
Vəzifə öhdəlikləri:
-Həftəlik iş planına əsasən texniki komanda ilə birlikdə mağazalara səfər edib mövcud problemləri aradan qaldırmaq.
-Mağazalarda olan texniki avadanlıqların işlək vəziyyətdə olduğundan əmin olmaq, avadanlıqları və ümumi mağaza ərazisini yoxlamaq.
-Supervayzerin verdiyi tapşırıqları icra etmək və aşağıda qeyd edilən işləri yerinə yetirmək:
-aydınlatma lampalarının dəyişdirilməsi (soyuducu, led, spot və.s.)
-sanitar qovşaqlarda və şöbələrdə santexnika aksesuarlarının dəyişdirilməsi (krantlar, su boruları, sifonlar, tualet kağızı və maye sabun dispenserləri, unitaz aksesuarları və.s.)
-şöbələrdə və mağazanın digər bölmələrində su və kanalizasiya bağlantı nöqtələrinin yoxlanması, sifonların və kanalizasiya xəttlərinin periodik olaraq və ya lazım olduqda təmizlənməsi
-həşərat əleyhinə quraşdırılan cihazların yoxlanılması və periodik olaraq lampa və yapışqanlarının dəyişdirilməsi
-qapıların çərçivələri, qapı qolları, kilid və menteşelərinin təmiri və ya dəyişdirilməsi
-döşəmə təmiri, kafel və metlaxların dəyişdirilməsi
-divar təmiri, kafellərin dəyişdirilməsi və boya işlərinin görülməsi
-loker qapılarının təmiri, tutacaq və qapı kilidlərinin dəyişdirilməsi
-siyirməli və qapılı dolabların təmiri
-qoruyucu dəmirlərin bərkidilməsi və lazım olduqda quraşdırılması
-dayanacaq ərazisində yerləşən stopperlərin bərkidilməsi və dəyişdirilməsi
-müxtəlif boya işləri – qapılar, məhəccərlər, yol işarələri və.s.
-Yuxarıda sadalanan işləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına riayət etmək və işin təhlükəsiz görülməsi üçün lazımi tədbirləri almaq.
-Şirkətin prosedur və qaydalarına əməl etmək, davranış qaydalarını və xüsusi geyim formalarını pozmamaq.
Namizədə dair tələblər:
-Rəngsaz işi üzrə bacarıqlar;
-Kafel-metlax işi üzrə bacarıqlar;
-Alçipan işi üzrə bacarıqlar.
Maraqlanan namizədlər [email protected] email ünvanına “İstismar xidməti üzrə texnik” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
15 saat, 51 dəq
Bitcoin bonus overview and options for South African players
-
15 saat, 51 dəq
Casino uden KYC – guide til fordele, ulemper, bonus og hurtig registrering
-
15 saat, 51 dəq
Solana Online Casino – Sicherheits-Guide für Schweizer Spieler
-
15 saat, 51 dəq
Bitcoin promokoodi: maksutavat, nostojen nopeus ja turvallisuus
-
15 saat, 52 dəq
Crypto Casino Guide for Dutch Players: How to Register, Claim Bonuses & Withdraw Fast