Azerbaijan SuperMarket insan resursları üzrə koordinator axtarır

İşəgötürən: Azerbaijan SuperMarket
Vakansiya: İnsan Resursları üzrə koordinator
Son tarix: 12 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Kadr ehtiyaclarını təyin etmək üçün işə qəbul üzrə rəhbərlik ilə əməkdaşlıq etmək
-CV-lərin toplanması və ilkin dəyərləndirmənin aparılması
-Namizədlərlə şəxsi və telefon vasitəsilə müsahibələrin aparılması
-Şirkət üzrə müvafiq qiymətləndirmələrinin tətbiq olunması
-Müsahibə proseslərinin gedişatının izlənilməsi
-Kadrlarla bağlı hədəflərin əldə olunduğundan əmin olmaq üçün daxili və xarici müştərilərlə münasibətləri davam etdirmək
-Aktiv vakansiya sayını nəzarətdə saxlamaq
-Sahə üzrə məşğulluq nümayəndəlikləri ilə əlaqələrin yaradılması
-İşçilərin işdən çıxarılması zamanı çıxış müsahibələrin aparılması
-Kadr qəbulu və əmək münasibətlərinin sona yetməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi
-Məzüniyyət, xəstəlik və işçinin vəzifəsinin qaldırılması ilə əlaqədar sənədlərin hazirlanması
-Müqavilələrin və müqaviləyə əlavələrin hazırlanması
-İşçi ərizələrinin qəbulu və yönəldilməsi
-ƏMAS və e-sosial üzərindən bütün əmək münasibətləri əməliyyatlarının həyata keçirilməsi
-Mütəmadi olaraq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
-İşçilərin giriş-çıxış vaxtlarına nəzarətin edilməsi
Namizədə dair tələblər:
-Ali təhsil
-Müvafiq sahədə minimum 2 il təcrübə.
-Əmək qanunvericiliyi üzrə biliklər;
-Yüksək səviyyəli ünsiyyət bacarıqları;
-Microsoft Office proqramları ilə işləmə bacarığı
-Aktiv, işinə məsuliyyətli
-Analitik düşüncə qabiliyyəti
Maraqlanan namizədlər [email protected] email ünvanına ” İnsan Resursları üzrə koordinator” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 8 saat, 45 dəq
- 8 saat, 47 dəq
- 8 saat, 49 dəq
- 8 saat, 50 dəq
- 8 saat, 53 dəq