Azerbaijan Flowers Company marketinq mütəxəssisi axtarır (qızılgül sahəsi)

Mütəxəssis


İşəgötürən: Azerbaijan Flowers Company

Vakansiya: Marketinq mütəxəssisi (qızılgül sahəsi)

Son tarix: 22 sentyabr 2022

İşin təsviri:

-llik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;

-Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir;

-Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul və xidmətlərinin reklamını təşkil edir;

-Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır;

-Marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;

-Marketinq kompaniyalarının nəticələrinin təhlili;

-Müştəri bazasını genişləndirir;

-Şirkət bloqunun moderasiyasını aparır;

-Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;

-Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır;

-İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;

-Müştərilərdən gələn sorğuları cavablandırır;

-Müştəri rəyi bazasının təşkili;

-Tizer və banner şəbəkələri ilə iş aparır;

-Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;

-Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;

-İstifadə olunan saytların effektivliyini təhlil edir;

-Korporativ tədbirlərin təşkili;

İş yeri Qala qəsəbəsi (Servis xidməti mövcuddur)

Tələblər:

-Ali təhsil

-3-5 il

-İngilis və rus dilləri

-MS office ,1C proqramı, Dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;

Maraqlanan namizədlər mövzu yerində “Marketinq üzrə mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilərlər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]