Azerbaijan Fish Farm idxal və ixrac əməliyyatları üzrə mütəxəssis axtarır

İşəgötürən: Azerbaijan Fish Farm
Vakansiya: İdxal və ixrac əməliyyatları üzrə mütəxəssis
Son tarix: 12 iyun 2022
Namizədə Tələblər:
-Orta və ya ali təhsil;
-Minimum 1 il iş təcrübəsi;
-Azərbaycan dili, Rus dili, İngilis dili;
-Qida, pərakəndə ticarət, qida məhsulların istehsalı sahəsində təcrübə;
-MS Office (Excel, Outlook, Word və s.) proqramlarından sərbəst istifadə bacarığı olmalı, Vergi Məcəlləsi və Gömrük Məcəlləsi üzrə biliklər, idxal və ixrac əməliyyatları üzrə biliklər;
-Ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları, komanda ilə işləmə bacarığı, analitik düşünmə, təşəbbüskarlıq.
Vəzifə üzrə öhdəliklər:
-Şirkətin stratejik hədəflərinə uyğun olaraq daxili və xarici bazarın araşdırılması;
-Xarici ticarət əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
-Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
-Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
-İdxal və ixrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
-İdxal və ixrac əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
-Ticarətin maliyyələşməsi istiqamətində ödəniş şərtləri ilə bağlı danışıqların aparılması;
-İdxal və ixrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib etmək;
-İdxal və ixrac əməliyyatları üzrə müvafiq sənədləşmələrin vaxtlı vaxtında təmin edilməsi;
-İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
-Nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması və sifarişi;
-Gömrük brokeri ilə işgüzar əlaqələrin qurulması;
-Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək;
-İdxal və ixrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyün yoxlanılması;
-İxrac üzrə satış planının yerinə yetirilməsi;
-Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatların tərtib edilməsi;
-Şirkəti yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil etmək.
İş şəraiti:
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
-İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
-Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
Vakansiyaya müraciət üçün CV-ləri “İdxal və ixrac əməliyyatları üzrə mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 17 saat, 57 dəq
-
2 ay, 4 gün, 13 saat, 28 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 21 saat, 26 dəq
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 16 dəq
- 2 ay, 1 həftə, 5 gün, 21 saat, 19 dəq