Azdizayn Group maliyyə üzrə baş mütəxəssis axtarır
İşəgötürən: Azdizayn Group
Vakansiya: Maliyyə üzrə baş mütəxəssis
Son tarix: 01 iyul 2022
Namizədə olan tələblər:
-Ali təhsil;
-Maliyyə, mühasibatlıq sahəsində 3 il iş təcrübəsi;
-Azərbaycan dilində şifahi və yazılı sərbəst ünsiyyət bacarığı (Rus dili üstünlükdür)
-İdarəeətmə bacarığı
-Diqqətcillik
-Hesablama qabiliyyəti
-Analitik düşünmə qabiliyyəti
-Hesabatlılıq
-Vaxtın idarə edilməsi
-Məsuliyyətlilik
-Kompüter bilikləri (MS Office, Micro)
İş haqqında məlumat:
-Şirkətin maliyyə fəaliyyətinin düzgün qurulması və Maliyyə şöbəsinin inkişafı üçün təkliflər verilməsi
-Maliyyə şöbəsi əməkdaşlarının işlərinə dəstək göstərilməsi və onların düzgün şəkildə yönləndirilməsi
-Şirkətin inkişaf strategiyasına uyğun illik maliyyə planlarının tərtib edilməsi
-Şirkətdə həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
-Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
-Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələrin tərtib edilməsi
-İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
-Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsini təşkil və nəzarət edilməsi;
-Müəssisənin auditorlar və yoxlama orqanları tərəfindən yoxlanmasının həyata keçirilməsinin təşkil edilməsi;
-Мaliyyə aktivlərinin idarə olunması, büdcə planlaşdırılmasının təmin edilməsi
-Şirkətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı və еffеktivliyinin yaxşılaşdırılması
-Aylıq,gündəlik hesabatların hazırlanması və rəhbərliyə bildirilməsi
-Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
-6 günlük iş həftəsi
-Əmək Məcəlləsinə əsasən sənədləşmə
-Korporativ nömrə
-Əmək haqqı razılaşma əsasında
Vakansiyaya müraciət üçün CV-ləri “Maliyyə üzrə baş mütəxəssis” başlığı ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 7 saat, 23 dəq
- 9 saat, 35 dəq
- 9 saat, 35 dəq
-
9 saat, 37 dəq
Gambling On-line: Core Elements, Gambler Security, as well as Platform Reliability
-
9 saat, 38 dəq
Что такое таргетинг и как он действует в интернет маркетинге