Azconstruction QSC kadrlar üzrə mütəxəssis axtarır

İşəgötürən: Azconstruction QSC
Vakansiya: Kadrlar üzrə mütəxəssis
Son tarix: 21 may 2022
İş barədə məlumat:
-AR-nın Əmək Qanunvericiliyinə, Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
-İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
-Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
-Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
-Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
-Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
-Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
-Həftəlik və aylıq hesabatların hazırlanması;
-Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
-Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
-İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
-Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;
-İşçi heyətinin tələb olunan hallarda düzgün əvəz edilməsinə nəzarət edilməsi (şirkəti tərk etdikdə, məzuniyyətə çıxdıqda, müvəqqəti əvəz olunduqda);
-İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;
-İşçilərin davamiyyətini müəssisədə quraşdırımış turniketlə işləmək;
-İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Qanunvericilinə uyğun olaraq arxivləşdirmək;
-İşçilərə sosial sığorta şəhadətnamələrin alınması üçün DSMF-na elektron formada müraciət etmək;
Namizədə tələblər:
-Ali təhsil
-1-3 il tikinti sektorunda iş təcrübəsi
-Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
-Kommunikativ bacarığı, məsuliyyətlilik
-Ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti
-Microsoft Office, 1 C proqram
-Nahar şirkət tərəfindən verilir.
-Əmək haqqı kandidatın bilik ,bacarığına uyğun dəyişir. ( 800-1000 Azn)
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar başlıqda kadrlar üzrə mütəxəssis qeyd etməklə CV-lərini göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 14 saat, 12 dəq
- 1 gün, 15 saat, 7 dəq
- 1 gün, 15 saat, 21 dəq
- 2 gün, 9 saat, 44 dəq
- 2 gün, 9 saat, 49 dəq