Ayan MMC əmək haqqı üzrə mühasib axtarır
İşəgötürən: Ayan MMC
Vakansiya: Əmək haqqı üzrə mühasib
Son tarix: 29 may 2022
Vəzifə öhdəlikləri:
-İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması
-Məzuniyyət haqlarının, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması
-Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət;
-İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək
-İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.
Namizədə dair tələblər:
-Xanım namizəd;
-Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
-Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
-Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta
-Mühasibat uçotu və Audit, iqtisadiyyat sahəsində ali təhsilin olması;
-Ünsiyyət qurma bacarığı
-Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
-Komandada işləmə bacarığı
-MS Office proqramlarını bilməli
-Xırdalana yaxın ərazilərdə yaşayanlara üstünlük veriləcəkdir
Əlavə məlumatlar:
-Nahar şirkət tərəfindən verilir;
-İş qrafiki: 5 gün, 08:00 – 17:00
-Əmək haqqı: Razılaşma əsasında
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Əmək haqqı üzrə mühasib” qeyd olunmaqla, göndərə bilərlər.
Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlaqə nömrələri: +994552090362
Vakansiyalar
- 6 saat, 17 dəq
-
6 saat, 51 dəq
Nowoczesna rutyna w erze komputerowej: Jak technika rewolucjonizuje codzienność?
- 13 saat, 15 dəq
-
3 gün, 8 saat, 11 dəq
Valutazione winnitta: interfaccia utente e funzionalità essenziali
- 3 gün, 16 saat, 47 dəq