Avtokar sürücüsü tələb olunur
Maaş:700 AZN
Təhsil:Vacib deyil
İş təcrübəsi:1 ildən 3 ilə qədər
Şirkətin adı:AMINOL sürtkü yağları zavodu
Fəaliyyət sahəsi:Nəqliyyat, loqistika, anbar
İxtisas:Sürücü
İşin növü:Daimi iş
İş qrafiki:Tam
Şəhər:Sumqayıt
Məzmun:
Tələblər:
Müvafiq texnikanı idarə etmək üçün sertifikatı olmalı;
Avtokarın düzgün və təhlükəsiz idarə edilməsi üzrə bilik və bacarıqları olmalı;
Müvafiq sahə üzrə iş stajı olmalı;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
Texnikanın mexaniki problemlərinin müəyyənləşdirilməsi və aradan qaldırılması bacarığına sahib olmalı.
Vəzifə funksiyaları:
Yüklərin təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsi;
Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq;
İşin düzgün planlaşdırılması və verilən tapşırıqları vaxtında yerinə yetirmək;
Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək, aşkar etdiyi bütün nasazlıqlar haqqında sahə rəisinə məlumat vermək;
Şirkətdaxili intizam qaydalarına əməl etmək.
İş yeri: Sumqayıt Kimya Sənaye Parkı ərazisi, AMINOL sürtkü yağları zavodu
Maaş: 700 AZN
CV-lərinizi [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 19 saat, 53 dəq
-
1 gün, 19 saat, 59 dəq
W jaki sposób nowoczesna technologia przekształca oblicze zabawy
-
1 ay, 2 həftə, 2 gün, 17 saat, 18 dəq
Arisealpha Launches Easy-to-use Ai Crypto Trading Bot For First-time Buyers In 2026
- 7 ay, 3 həftə, 6 gün, 6 saat, 39 dəq
- 7 ay, 3 həftə, 6 gün, 6 saat, 41 dəq