“Avrora Qrup”a daxili nəzarət üzrə mütəxəssis tələb olunur

İşəgötürən – Avrora
Vakansiya – Daxili Nəzarət üzrə Mütəxəssis
Əsasə vəzifə öhdəlikləri:
-Şirkətin daxili nəzarət şöbəsi strukturlarında görülmüş işlər barədə müəyyan edilmiş müddətlərdə dövrü və illik hesabatların əldə edilərək ətraflı təhlil edilməsi;
-Bizneslərdən əldə edilmiş müvafiq hesabat məlumatlarının analiz edilməsi, aşkarlanmış problem və kəsrlərin yaranma səbəbləri haqqında DNŞ – nin rəhbərinin məlumatlandırılması və icmal hesabat şəklində təqdim edilməsi;
-Struktur bölmələrdən daxil olan, araşdırma zərurəti yaranmış ilkin məlumatların qiymətləndirilməsi, birbaşa rəhbəri tərəfindən təyin edilmiş xidməti təminat bölgüsünə əsasən, məhsulun əməkdaşa yönləndirilməsi, icra müddətinin təyini və işin gedişatına nəzarət edilməsi;
-Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə yoxlama apardığı struktur bölmələrdə neqativ halların müəyyən edilməsi, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qabaqlanması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi;
-Yoxlama, monitorinq va araşdırma nəticəsində müəyyən edilmiş neqativ fakt və çatışmazlıqlar barədə DNŞ – nin rəhbərinə məlumat verilməklə, subordinasiya qaydasında yoxlanılan strukturun, bölmə və ya əməkdaşının rəhbərinə iradnamə, tələbnamə, təqdimat, xidməti məktub va təkliflərin göndərilməsi;
-Şirkətə aid olan struktur və bölmələrdə nağd pul vəsaitlərinin, mövcud mal – materialların planlı şəkildə və ya qəfil inventarizasiyasının həyata keçirilməsi, buna dair məsul şaxslərin təsdiqi ilə müvafiq aktların tərtib edilməsi;
-Əvvəlki dövrlər üçün anbar, satış nöqtələri və ya istehsalat sahələrində aparılmış inventarizasiya nəticələrinin yoxlanılmasının təşkili, zəruri düzəlişlərin edilməsi üçün DNŞ – nin rəhbərinin məlumatlandırılması;
Tələb olunan bilik və bacarıqlar:
-Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
-Kollektivdə işləmə bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-Sahə üzrə 1-3 il iş təcrübəsi;
-Azərbaycan dili mükəmməl, ingilis və rus dillərini bilməsi üstünlükdür;
İş şərtlərimiz:
-İş qrafiki : Tam iş günü (5 gün);
-İş qrafiki : 08:00-17:00
-İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi)
Biz nə təklif edirik:
-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
-Nahar;
-Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili Nəzarət üzrə mütəxəssis” yazaraq e-mail adresinə [email protected] göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
Vakansiyalar
- 19 saat, 47 dəq
- 20 saat, 33 dəq
- 21 saat, 11 dəq
- 21 saat, 58 dəq
- 21 saat, 59 dəq