Avrora proqram təminatı üzrə mütəxəssis axtarır
İşəgötürən: Avrora
Vakansiya: Proqram təminatı üzrə mütəxəssis
Son tarix: 17 iyul 2022
Əsas vəzifə öhdəlikləri:
-Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması;
-Proqram təminatlarının işləməsinə nəzarət edilməsi (bağlantının fasiləsizliyinin);
-Tələbə əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;
-Biznes tələblərinin təhlili və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
-Proqramlaşdırma yazı qaydaları və stili təlimatında ehtiyac olan dəyişikliklərin təklifinin verilməsi və Rəhbərinin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;
-Hesabatların hazırlanması və təhlil edilməsi;
-Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması;
-Mövcud proqramlara dəstəyin verilməsi, ehtiyac yaranarsa düzəlişlərin aparılması;
-Gün ərzində yönələn sorğuların yerinə yetirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
-C#, Java və OOP üzrə biliklər;
-Javascript və ReactJS üzrə biliklər;
-Database MS SQL (T-SQL) üzrə biliklər;
-Alqoritm bilikləri;
-Araşdırma və problem həll etmə bacarğı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-Təhsil: Riyaziyyat və ya İnformatika ixtisası üzrə ali təhsil;
-Hər hansı bir proqramlaşdırma dilləri üzrə sertifikatların olması arzu olunandır;
-İş təcrübəsi : 2 il (Satış və Distribyutor sahəsində);
-Dil bilikləri : Rus və İngilis dilləri üzrə biliklər üstünlükdür;
-Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı.
İş şərtlərimiz:
-İş qrafiki : Tam iş günü (5 gün);
-İş saatları: 09:00-18:00;
-İş yeri : Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C
Biz nə təklif edirik:
-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
-Nahar;
-Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları;
-Həyat yaşam sığortası (könüllü).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram Təminatı üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 8 saat, 58 dəq
- 15 saat, 11 dəq
- 19 saat, 37 dəq
-
20 saat, 18 dəq
Casino on-line overview: offerings, payments, and player journey
- 21 saat, 44 dəq