“AVRORA” “Keyfiyyət üzrə Mütəxəssis” axtarır

Mütəxəssis

avrora vakansiya


AVRORA MMC “Keyfiyyət üzrə Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edib.

Əsas vəzifə öhdəlikləri :

–  İstehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət edilməsi;
–   İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması;
–   Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanılması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanılması;
–   Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
–  Sahələrdə risk analizinin aparılması;
–  İstehsalata, anbara və laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalara riayət edilməsinə nəzarət edilməsi;
–  Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar :

–  ISO 9001, ISO 22000 sertifikatlarının tələblərini bilməli;
–   MS Office proqramlarında biliyə malik olmalı;
–  Problem və konfliktləri həll etmə bacarığı;
-Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

–  Təhsil: Ali (Kimya, Qida sənayesi üzrə üstünlükdür);
–  İş təcrübəsi: Keyfiyyətə nəzarət mütəxəssisi kimi minimum 3 il (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür).

İş şərtlərimiz :

–  İş qrafiki : Növbəli;
–  İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs.);
–   Nahar və servis şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :

-Əmək bazarında rəqabətli əməkhaqqı;
– İşçilərə qayğı proqramı;
– Peşəkar komanda mühiti;
–  Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyət üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]