“Avromed” hüquqşünas axtarır

İşəgötürən: Avromed Company QSC
Vakansiya: Hüquqşünas
Son tarix: 22 may 2022
Vəzi̇fə Öhdəli̇kləri̇:
-Şirkət fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsi;
-Layihələrin, habelə xarici M&A və daxili struktur dəyişikliyinin həyata keçirilməsində iştirakı;
-Hüquqi rəylərin hazırlanması;
-Böyük həcmdə daxili korporativ hesabatlarla işləməsi;
-Sanksiya siyahıları da daxil olmaqla podratçıların qüvvədə olan daxili qaydalara uyğun yoxlanılmasını həyata keçirir;
-İşçilər və şirkətin nümayəndələri üçün etibarnamələrin (notarial təsdiq də daxil olmaqla) hazırlanması və rəsmiləşdirilməsinin həyata keçirilməsi, habelə verilmiş etibarnamələrin reyestrinin aparılması;
-Təsis sənədlərin surətlərinin rəsmiləşdirilməsinin (notarial təsdiq də daxil olmaqla) həyata keçirilməsi;
-İşəgötürənin Notariat xidməti ilə bağlı digər fəaliyyətlərin həyata keçirilməsi;
-İş icazəsi və müvəqqəti yaşayış haqqında soruğuların göndərilməsinə və bu barədə arayışların əldə edilməsinə nəzarətin həyata keçirilməsi;
-Müqavilələrin hüquqi ekspertizasının və razılaşdırılmasının həyata keçirilməsi;
-Kontragentlər ilə bağlı iddia və tələblərin həllinin həyata keçirilməsi;
-Müqavilələrin razılaşdırılması üçün podratçilarla danışıqlar aparılması;
-Şirkətin kommersiya və inzibati-təsərrüfat fəaliyyətinin hüquqi təminatını həyata keçirir;
-Reklam materiallarının hüquqi ekspertizasını həyata keçirilməsi;
-Şirkətin maliyyə departamentinin fəaliyyətinə hüquqi dəstək verilməsi;
-Şirkətin rəhbərinə imzalanmaq üçün təqdim olunacaq əmr, təlimat, əsasnamə, siyasət və digər hüquqi xarakterli sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunun yoxlanılması;
-Şirkətin hüquq şöbəsinin layihələrinin müstəqil həyata keçirilməsi;
-Şirkətin lisenziya, icazə və/və ya akkreditasiya almasını tələb edən fəaliyyət istiqamətlərinin hüquqi hissəsini həyata keçirilməsi.
Tələblər:
-Hüquq sahəsi üzrə ali təhsili;
-Ən azı 5 il korporativ-hüquqi sahədə iş təcrübəsi;
-MMC, ASC və QSC ilə iş təcrübəsi;
-M&A layihələrində iştirak, mürəkkəb struktur dəyişikliklərində təcrübə;
-İqtisadiyyatın hər-hansı bir sahəsinin iş proseslərinin yenidən təşkili layihələrində iştirak təcrübəsi;
-Müqavilələri ilə ən azı 5 il iş təcrübəsi;
-Kontragentlərlə müqavilələr bağlanan zaman şirkətin mövqeyini hüquqi əsaslarla müdafiə etmək, habelə şirkətin riskləri, qanunvericiliyin tələbləri və podratçının istəkləri arasında balans tapmaq bacarığı;
-Səriştəli şifahi və yazılı nitq, düşüncələri qısa və məntiqli qurma bacarığı;
-Sənədlərin hazırlanmasında diqqətlilik, məsuliyyət, çalışqanlıq, operativlik;
-Bir neçə tapşırığı eyni vaxtda yerinə yetirmək bacarığı;
-Dil bilikləri: Azərbaycan – əla, Rus dili – əla; İngilis dili – orta və yuxarı (ingilis dilində yazışmaq, sənədləri ingilis dilində oxumaq və yazmaq bacarığı);
-Qabaqcıl PC istifadəçisi;
Əsas bacarıqları:
-M&A əməliyyatları
-Korporativ hüquq
-Müqavilə hüququ
-Müqavilə işi
-Əmək hüquqi
-Maliyyə hüququ
-Vergi hüquqi
-Təsərrufat hüququ
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 23.05.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Hüquqşünas” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 14 saat, 11 dəq
-
2 ay, 3 gün, 9 saat, 42 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 17 saat, 40 dəq
- 2 ay, 1 həftə, 4 gün, 17 saat, 30 dəq
- 2 ay, 1 həftə, 4 gün, 17 saat, 33 dəq