Avromak MMC mühasib axtarır

Mühasib

muhasib9


İşəgötürən: Avromak MMC

Vakansiya: Mühasib

Son tarix: 30 sentyabr 2022

İşçiyə qoyulan tələblər:

-Cinsi: Kişi;

-Təhsil: Ali;

-Müvafiq sahədə iş təcrübəsi 2 ilədək;

-Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus dili arzuolunandır;

-Yaş Həddi: 25-35;

-Komputer bilikləri: Yüksək səviyyədə MS Excel, 1C (istehsalat); Logo biliyi

-Sertifikatlar: FA sertifikatı üstünlükdür;

-Operativ, məsuliyyətli və işə planlı yanaşmaq;

-Kompüter və ofis proqramlarından istifadə etmə bacarığı;

-Komandada işləmək bacarığı və istəyi;

-Gərgin iş qrafiki ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

-Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi (alış, satış, bank əməliyyatları, idxal, aylıq hesabatların çıxarılması);

-Vahid hesabat və Statistika (4 əmək, 12 istehsal və s.) hesabatlarının hazırlanması, təqdim olunması və üzərində nəzarət, ƏDV biliyi arzuolunandır;

-Şirkətdaxili aylıq sair hesabatlarının tərtib edilməsi;

-E-taxes.gov.az, e-gov.az, e-customs.gov.az portalları ilə işləmək bacarığı;

-Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;

-Elektron qaimə-fakturaların tərtib olunması, göndərilməsi və üzərində daimi nəzarət;

-İnternet banking vasitəsilə yerli və beynəlxalq ödənişlərin icrası, əməkhaqqının və s. əlaqəli ödənişlərin icrası;

-Hüquqi sənədlərlə iş təcrübəsi və sənədləşməyə nəzarət;

-Baş mühasibin və rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtləri:

-Stabil iş

-AR ƏM əsasən rəsmiləşdirmə

-İcbari sığorta

-Korporativ nömrə

-Əmək haqqı – 1000 AZN;

-Nahar şirkət tərəfindən təmin olunur;

-İş vaxtı: 5 günlük iş həftəsi; 

-İstirahət günləri: Şənbə-Bazar .

-Ünvan: Bakı şəh. , Ziya Bünyadov ave 13

Maraqlananlar öz CV fomalarını göndərə bilər (məktubun mövzu bölməsində “Mühasib”  qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]