Ateshgah Sigorta kargüzarlıq şöbəsinin mütəxəssisi axtarır (Personal Assistant)

İşəgötürən: Ateshgah Sigorta
Vakansiya: Kargüzarlıq şöbəsinin mütəxəssisi (Personal Assistant)
Son tarix: 22 sentyabr 2022
Namizədə tələblər:
-Yaş: 23-35
-Təhsil: Ali
-İş təcrübəsi: azı 1 il katib kimi təcrübə
-Dil bilikləri: Rus (əla), Azərbaycan (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)
-Biznes yazışma bacarıqları, biznes etikası bilikləri
-Böyük həcmli məlumatlarla işləmək
Şəxsi keyfiyyətlər:
-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri:
-İdarə Heyəti sədrinin və şirkətin rəhbərliyinin iş tapşırıqlarını yerinə yetirmək
-İdarə Heyətinin sədrinin iş gününü planlaşdırmaq
-Şirkət rəhbərlərinə imza üçün sənədlərin verilməsi
-Yığıncaqların və görüşlərin planlaşdırılması və təşkili
-Ziyarətçilərin görüşlərinin təşkili
-İşgüzar yazışmaların aparılması
-İdarə Heyətinin sədrinin işgüzar səfərləri təşkili (biletləri sifarişləri, mehmanxanalarda bron və s.)
-Şirkət rəhbərlərinə imza üçün sənədlərin verilməsi müvafiq informasiya sistemı vasitəsi ilə yoxlanılması və ehtiyyac yarandıqda hazırlanması
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı 09:00 – 17:30
-İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-Əmək haqqı müsahibə əsnasında bildiriləcək.
Məlumatlandırıcı qeydlər:
-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Kargüzarlıq şöbəsinin mütəxəssisi ( Personal Assistant )” qeyd etmələri xahiş olunur.
Vakansiyalar
-
15 saat, 24 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
15 saat, 36 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 16 saat, 12 dəq
- 17 saat, 23 dəq
- 1 gün, 8 saat, 38 dəq