Ateshgah Sigorta İT layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi axtarır (Layihə Menecerinin asistantı)
İşəgötürən: Ateshgah Sigorta
Vakansiya: İT layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi (Layihə Menecerinin asistantı)
Son tarix: 09 oktyabr 2022
Namizədə tələblər:
-Təhsil: Ali
-İş təcrübəsi: Proqram / Layihə idarə edilməsi sahəsində minimum 2 il təcrübə
-Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili ( texniki )
-İnformasiya Texnologiyaları və trendləri barəsində biliklər
-Layihə idarə edilməsi proqramları üzrə praktiki təcrübə
-Biznes və ya sistem analitika təcrübəsi olanlara üstünlük veriləcək
-Analitik təhlil etmə və operativlik bacarığı
-Komandada işləmə bacarığı
Vəzifələr:
-Lahiyə öncəsi sifarişçinin tələblərini müəyyən etmək, təhlil etmək və lazımi sənədləri hazırlamaq;
-Məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə qurmaq və təsvir etmək
-Mövcud olan informasiya sistemlərini (proqram təminatlarının) təhlil etmək və sənədləşdirmək;
-Proqram təminatının optimal hazırlanması üçün sifarişçiyə məsləhətlər vermək;
-Layihə idarə edilməsi proqramları üzərindən Layihələrin statusun müəyyən etmək
-Departamentin iş prosesinə aid sərəncam və ya digər sənədlər hazırlamaq
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı 09:00 – 17:30
-İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-Əmək haqqı : 800 – 1000 AZN (müsahibə əsnasında təyin olunur)
Məlumatlandırıcı qeydlər:
-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
-Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi (Layihə Meneceri Asistantı)” qeyd etmələri xahiş olunur.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 10 saat, 41 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 11 saat, 36 dəq
- 7 ay, 3 həftə, 13 saat, 29 dəq
- 10 ay, 3 həftə, 5 gün, 8 saat, 14 dəq
-
11 ay, 1 həftə, 3 saat, 45 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır