Ateshgah Sigorta İT layihələrə dəstək şöbəsinin mütəxəssisi axtarır (Software Tester)

Mütəxəssis

ateshgah sigorta


İşəgötürən: Ateshgah Sigorta

Vakansiya: İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Software Tester)

Son tarix: 22 sentyabr 2022

Namizədə tələblər:

-Təhsil: Ali

-İş təcrübəsi: ən azı 2 il müvafiq sahə üzrə

-Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)

-SQL və proqramlaşdırma dilləri (C#) üzrə baza bilikləri

-Bug tracking izləmə sistemləri ilə təcrübə (TFS)

-GUI Test Automation tools-lar ilə təcrübə (Selenium WebDriver, HP QTP, AutoIt və s.)

-Test metodologiyaları üzrə biliklər (Functional, Automation, Performance və s.)

-Unit testing üzrə ilkin biliklər

-Analitik təhlil etmə və operativlik bacarığı

-Komandada işləmə bacarığı

Vəzifələr:

-Proqram təminatının tələbləri və texniki xarakteristikalarından asılı olaraq proqramın testləşdirilməsi üzrə Testsuite və Testcase -lərin hazırlanması

-Modul, sistem və istifadəçilər səviyyəsində test işləri daxil olmaqla proqram təminatı üzrə test işlərinin həyata keçirilməsi

-GUI Test Automation alətlərindən istifadə etməklə UI testlərin hazırlanması

İş şərtləri:

-Əmək müqaviləsi bağlanılır

-İş vaxtı 09:00 – 17:30

-İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

-Əmək haqqı : 600 – 1000 AZN (Daha dəqiq müsahibə əsasında bildirilcək)

Məlumatlandırıcı qeydlər:

-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur

-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin

-Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir

-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin

-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun

-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələrə dəstək şöbəsinin mütəxəssisi  (Software Tester)”  qeyd etmələri xahiş olunur


©️ 2022

070 231 45 70

[email protected]