Ateshgah Sigorta İT layihələrə dəstək şöbəsinin mütəxəssisi axtarır (Application Support)

İşəgötürən: Ateshgah Sigorta
Vakansiya: İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Application Support)
Son tarix: 20 avqust 2022
Namizədə tələblər:
-Təhsil: Ali
-İş təcrübəsi:ən azı 1 il müvafiq sahə üzrə
-Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
-MS SQL Server ilə iş bacarığı
-Mürəkkəb DML, DDL, DCL and TCL sorğular yazmaq və onları optimallaşdırmaq bacarığı.
-Analitik təhlil və operativlik bacarığı
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı
-İdarəetmə və analitik hesabatların işlənib hazırlanması
-Texniki sənədləri tərtib etmək təcrübəsi
Şəxsi keyfiyyətlər:
-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
-Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
-Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
-Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı 09:00 – 17:30
-İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-Müsahibə əsasında təyin olunacaqdır.
Məlumatlandırıcı qeydlər:
-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
-Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Application Support)” qeyd etmələri xahiş olunur.
Vakansiyalar
- 2 saat, 12 dəq
- 9 saat
- 21 saat, 3 dəq
- 21 saat, 5 dəq
- 21 saat, 7 dəq