Ateshgah Sigorta həyat sığortası üzrə müştərilərə xidmət şöbəsinin mütəxəssisi axtarır

İşəgötürən: Ateshgah Sigorta
Vakansiya: Həyat sığortası üzrə müştərilərə xidmət şöbəsinin mütəxəssisi
Son tarix: 14 iyul 2022
Namizədə tələblər:
-Yaş: 18-35
-Təhsil: Ali
-İş təcrübəsi: Müştəri xidmətləri, satış bacarığı
-Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)
Şəxsi keyfiyyətlər:
-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
-Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri:
-Mövcud müştərilərlə iş
-Potensial müştərilərin axtarışını həyata keçirmək
-Potensial müştərilər bazasını tərtib etmək
-Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq sığorta proqramlarının təşkil edilməsinə dair məsləhətlər vermək
-Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
-Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
-Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı 09:00 – 17:30
-İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
-Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
-Sabit əmək haqqı 600 – 800 AZN
-Rüblük bonus sistemi
Məlumatlandırıcı qeydlər:
-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
-Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq Həyat sığortası üzrə müştərilərə xidmət şöbəsinin mütəxəssisi qeyd etmələri xahiş olunur.
Vakansiyalar
- 13 saat, 12 dəq
- 1 gün, 14 saat, 7 dəq
- 1 gün, 14 saat, 21 dəq
- 2 gün, 8 saat, 44 dəq
- 2 gün, 8 saat, 49 dəq