Ateshgah Sigorta əlaqə mərkəzinin mütəxəssisi axtarır (gündüz növbəsi)

Mütəxəssis


İşəgötürən: Ateshgah Sigorta

Vakansiya: Əlaqə mərkəzinin mütəxəssisi (gündüz növbəsi)

Son tarix: 01 oktyabr 2022

Namizədə tələblər:

-Yaş: 20-45

-Xanım  namizədlər

-Təhsil: Ali və ya orta

-İş təcrübəsi:Müvafiq sahədə olanlara üstünlük verilir

-Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

-Dil Bilikləri: Rus dili (əla ),Azerbaycan dili (əla),ingilis dili(arzuolunandır)

Əsas vəzifə öhdəlikləri:

-Şirkətin qaynar xəttinə daxil olan və çıxan müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;

-Sığorta hadisələrini qəbul etmək və qeydiyyatını aparmaq;

-Müştərilərin müraciətlərinin statistikasının aparmaq

-Birbaşa rəhbərə müntəzəm şəkildə hesabatı təqdim etmək

Şəxsi keyfiyyətlər:

-Ünsiyyət qurmaq bacarığı

-Yüksək nitq mədəniyyəti

-Yüksək təqdimat bacarığı

-Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı  

-Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı

-Səlis, aydın, əmin danışıq tərzi 

-Satış bacarığı, təqdimat qabiliyyəti

İş şərtləri:

-Əmək müqaviləsi bağlanılır

-İş Qrafiki: dəyişkən

-Sabit əmək haqqı ilk 3 ay sınaq müddətində və sonra (gross məbləğ) 441 – 555 AZN

Məlumatlandırıcı qeydlər:

-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. 

-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin

-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun

-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Əlaqə mərkəzinin mütəxəssisi”qeyd etmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]