Ateshgah Sigorta anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi axtarır

İşəgötürən: Ateshgah Sigorta
Vakansiya: Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi
Son tarix: 17 iyun 2022
Namizədə tələblər:
-Yaş: 24-40
-Təhsil: Ali təhsili mütləqdir
-İş təcrübəsi: Sığorta anderraytinqi sahəsində minimum 2 il
-Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) Rus (yaxşı)
-Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Əsas vəzifə öhdəlikləri:
-Satış bloklarından daxil olan sorğuların cavablandırılması
-Qeyri həyat sığortası növləri üzrə portfelin analizlərinin aparılması
-Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması
-Yeni sığorta qaydalarının, şərtlərin hazırlanması
-Sığorta məhsullarının hazırlanmasında iştirak
İş şərtləri:
-Əmək müqaviləsi bağlanılır
-İş vaxtı 09:00 – 17:30
-İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-Sabit əmək haqqı (gross məbləğ) 899 AZN – 1127 AZN
Məlumatlandırıcı qeydlər:
-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
-Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
Vakansiyalar
- 1 gün, 18 saat, 6 dəq
- 5 gün, 17 saat, 56 dəq
- 5 gün, 17 saat, 59 dəq
- 6 gün, 11 saat, 14 dəq
- 6 gün, 11 saat, 56 dəq