ASIA Motors mühasib axtarır

İşəgötürən: ASIA Motors
Vakansiya: Mühasib
Son tarix: 13 fevral 2023
Tələblər:
-Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat sahələri üzrə üstünlükdür)
-İş təcrübəsi: Maliyyə Nəzarəti, Hesabatlılıq sahəsi üzrə ən azı 2-3 il
-Sertifikat/vəsiqə/lisenziya: Mühasibatlıq və vergi, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklər təhsili (eyni zamanda ACCA F3/F7 sertifikatının olması üstünlükdür)
-Kompüter bilikləri: 1C 8.3 (yaxşı), Excel (yaxşı), Word (yaxşı)
-Dil: Azərbaycan dili (əla), rus və ingilis dillərinə (üstünlük verilir)
-Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı
-Azərbaycan Respublikası Vergi və Əmək Məcəlləsi üzrə biliklər
Vəzifələr:
-Aylıq daxili hesabatların hazırlanması və təqdim edilməsi
-Aylıq və Rüblük vergi və statistika hesabatlarının təqdim edilməsi
-Bank və ƏDV depozit əməliyyatlarının aparılması, E-qaimələrin tərtibi
-Ödəniləcək hesab-fakturaların yoxlanılması və təsdiq üçün hazırlanması
-Debitor borclara nəzarət edilməsi
-Fakturalar üçün ödəniş tapşırıqlarını hazırlamaq
-1C-yə bank məlumatlarının daxil edilməsi
-Xarici ödənişlərin həyata keçirilməsi
-Kiçik mühasib tərəfindən icra olunan əməliyyatlara nəzarət
-Kreditor borclara və anbar qalığına nəzarət
-İşə aid ola bilən digər əlavə tapşırıqların yerinə yetirilməsi
-Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
-Müqavilələrin redaktə edilməsi və düzəldilməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi
-Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
-Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
-E-Qaimə fakturalarının və gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
-Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
-Mal-material uçotunun aparılması
İş şəraiti:
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi
-İş yeri: Babək prospekti
-Karyerada yüksəliş imkanları
Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] mail ünvanına mövzu hissəsində “Mühasib” qeyd edərək göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 7 saat, 57 dəq
-
2 ay, 4 gün, 3 saat, 28 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 11 saat, 26 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 16 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 19 dəq