ASE Logistics anbardar axtarır

İşəgötürən: ASE Logistics
Vakansiya: Anbardar
Son tarix: 01 iyul 2023
Öhdəliklər:
-Anbara qəbul edilən malların siyahı üzrə yoxlanılmasını və nəzərdə tutulan zonalara yerləşdirilməsini təşkil etmək;
-Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
-Anbarda olan məhsulların təhlükəsiz saxlanılmasının təmin etmək;
-Saxlama rejiminə əməl olunmasına riayət etmək;
-Daxil olan yüklərin qəbul edilməsi üçün yer hazırlamaq;
-Anbar əməliyyatlarının uçotunun aparılmasında iştirak etmək;
-Malların inventarizasiyasının aparılmasında iştirak etmək;
-Anbar qalığına nəzarəti həyata keçirmək;
-Anbar sənədlərinin vaxtlı vaxtında sistemə işlənilməsi və günlük yoxlanılmasını təmin etmək;
-Təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasını təmin etmək;
-Aylıq stok sayımınında iştirak etmək, stokda olan çatışmamazlıqları müəyyən etmək və müvafiq hesabat hazırlamaq;
-Malın hərəkəti ilə bağlı bütün əməliyyatları prosedurlar üzrə tələb olunan sənədlər əsasında icra etmək (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
-Satınalma və Maliyyə şöbəsi üçün hesabatların tərtib edilməsi;
Tələblər:
-Müvafiq sahə üzrə azı 1-2 il iş təcrübəsi;
-Microsoft Office proqramlarını istifadə etmək;
-Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
-Kollektivlə işləmə bacarığı;
-Operativ, gördüyü işə cavabdehlik.
İş qrafiki:
-Həftə içi 5 gün saat 09:00 – 18:00, şənbə günü 10:00 – 17:00;
-Qeyri iş saatlarında zəngləri və e-poçtları cavablandırmaq
-Əməkhaqqı: müsahibə əsasında təyin olunacaq
-Ünvan: Üzeir Hacıbəyov 61B.
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına mövzu hissəsinə “Anbardar” yazaraq göndərə bilərlər.
Vakansiyalar
- 5 saat, 52 dəq
- 6 saat, 38 dəq
- 7 saat, 16 dəq
- 8 saat, 3 dəq
- 8 saat, 4 dəq