AS Nagliyyat aparıcı mühasib axtarır

Mühasib


İşəgötürən: AS Nagliyyat

Vakansiya: Aparıcı mühasib

Son tarix: 25 sentyabr 2022

Öhdəliklər:

-Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;

-Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması;

-Bank əməliyyatları, material hesabatları, debitor və kreditorların uçotunun aparılması;

-Yük Gömrük Bəyannamələrini mühasibatlıqda əks etdirmək və İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;

-Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;

-Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək və üzləşmə aktlarının tərtibi;

-Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirilməsi;

-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edəcək;

-İnsan Resurslarının proses və prosedurları çərçivəsində sənədləşməni aparır;

-Əmək və Məşğulluq altsistemində lazımi qeydiyyatlar aparır;

-İşçilərin icbari sığortalanmasını həyata keçirir.

Namizəddən tələblər:

-Maliyyə, mühasibatlıq və iqtisadi yönümlü sahədə ali təhsil;

-Mühasibatlıq sahəsində ən azı 3-5 illik iş təcrübəsi

-Əmək haqqı hesablamasını üzrə mükəmməl bilik və təcrübə;

-Vergi və mühasibat uçotunun tam sərbəst şəkildə aparılması bacarığı;

-BTP,ƏMAS, Microsoft Office proqramlarını, əsasən Excel və 1C mükəmməl bilmək;

-Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə mükəmməl biliklər;

-Əmək məcəlləsi və mülki məcəllə üzrə ümumi biliklər;

-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

-İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;

-Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;

-Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür;

Digər məlumatlar:

-Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 5 gündür (8:00-17:00)

-Nahar şirkət tərəfindən verilir.

-Maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq net 900-1200 AZN aralığında olacaq.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Aparıcı mühasib”, qeyd etməklə CV formalarını [email protected] e-mail ünvanına göndərə bilərlər. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]