ARIS texniki dəstək mütəxəssisi axtarır
İşəgötürən: ARIS
Vakansiya: Texniki Dəstək Mütəxəssisi
Son tarix: 18 iyun 2022
İş haqqında məlumat:
-Texniki dəstəyə gələn zənglərin cavablandırılması və zəruri hallarda zənglərin digər şöbələrə yönləndirilməsi;
-Texniki Dəstəyə gələn zəngləri telefon vasitəsi ilə həll etmək;
-Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması, yüklənməsini və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
-Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi;
-Daxil olmuş sorğularının, incidentlərin vaxtında və düzgün həll edilməsini təmin etmək;
-Daxil olan rəyləri və təklifləri müvafiq komanda üzvlərinə yönəltmək;
-Müxtəlif qeyri-standart vəziyyətlərin həllini təklif etmək;
-Rəhbər tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
-Təhsil: Ali (Texniki ixtisas üzrə arzuolunandır);
-Bu sahədə ən azı 1 il iş təcrübəsi (Texniki dəstək sahəsində);
-Azərbaycan dili, İngilis dili bilikləri (Rus dili arzu olunandır);
-Windows ailəsinə məxsus əməliyyat sistemləri ilə işləmə bacarıqları;
-Printer, skaner qurğuları ilə proqram səviyyəsində işləmə bacarığı;
-Giriş-çıxışa nəzarət sistemləri ilə işləmə bacarığı;
-Video nəzarət sistemləri ilə işləmə bacarığı;
-Sistem və şəbəkə texnologiyalarına aid biliklər;
-Şəbəkə və server avadanalıqları ilə işləmə bacarığı;
-WAN və LAN rabitə sistemlərinin qurulması üzrə iş təcrübəsi,
-Antivirus qoruma sistemlərinin, prinsipini bilmək üzrə iş təcrübəsi,
-E-poçtun quraşdırılması və konfiqurasiyası;
-Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olmaq;
-PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;
-Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı;
Xüsusi bacarıqlar:
-Komandada işləmək bacarığı;
-Ünsiyyət qurmaq qabiliyyəti;
-Problemləri düzgün analiz edə bilmə bacarığı;
-Üzərində işləmək və daim inkişaf etmək qabiliyyəti;
-Nizam-intizamlı olmaq, şirkətdaxili qaydalara riayət etmək.
Əmək haqqı: 600-800 AZN (Müsahibə zamanı namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən olunacaq).
Namizədlərdən öz CV-lərini “Texniki Dəstək Mütəxəssisi” başlığı altında [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
2 ay, 2 həftə, 23 saat, 54 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 4 gün, 49 dəq
- 7 ay, 2 həftə, 4 gün, 2 saat, 42 dəq
- 10 ay, 3 həftə, 1 gün, 21 saat, 27 dəq
-
11 ay, 3 gün, 16 saat, 58 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır