ARI Global tədris işləri üzrə koordinator axtarır
İşəgötürən: ARI Global
Vakansiya: Tədris işləri üzrə koordinator
Son tarix: 18 noyabr 2022
Öhdəliklərimiz:
-Dərs proqramlarını hazırlamaq, onların qrafik üzrə planlaşdırılmasını təmin etmək;
-Qrafik üzrə təşkil olunan dərsləri nəzarətdə saxlamaq;
-Tələbələri dərslər üçün nəzərdə tutulan tədris vəsaitləri ilə təmin etmək;
-Tədris nəticələrinin və qiymətləndirilməsinin qeydiyyatını aparmaq;
-Tədris müddəti ərzində performansı zəif olan tələbələri xüsusi nəzarətdə saxlamaq;
-Valideynlərin sorğularını mütəmadi şəkildə cavablandırmaq, onlarla konsultativ danışıqlar aparmaq;
Tələblərimiz:
-Bu sahə üzrə bundan əvvəl ən azı 1 il işləmiş şəxslərə öncəlik veriləcək;
-Əməkdaşımız öz dilimiz başda olmaqla, ingilis və ya alman dilində səlis nitqə (həm şifahi, həm yazılı) sahib olmalıdır (rus dilini bilməsi arzuolunandır);
-Orta səviyyədə “MS Office” proqramlarını bilməlidir;
-Araşdırma, planlama və qərarvermə bacarığı şərtdir;
-Xoş ünsiyyətə, komanda ruhuna, səliqəyə və məsuliyyətliliyə xüsusilə diqqət yetiririk;
Şərtlərimiz:
-6 günlük iş həftəsi;
-Rəqabətli əməkhaqqı namizədlərlə müsahibə mərhələsində müzakirə ediləcək;
Uyğun namizədlər [email protected] e-poçt ünvanımıza müraciət edə bilərlər.
Vakansiyalar
- 16 saat, 42 dəq
- 16 saat, 45 dəq
- 17 saat, 21 dəq
- 17 saat, 24 dəq
- 3 ay, 2 həftə, 3 gün, 7 saat, 59 dəq