Araz Supermarket tibbi koordinator axtarır

İşəgötürən: Araz Supermarket
Vakansiya: Tibbi koordinator
Son tarix: 26 oktyabr 2022
Tələblər:
-Ali təhsil;
-Müvafiq sahədə 1- 3 il iş təcrübəsi;
-MS Office proqramları;
-Dil bilikləri:Azərbaycan dili (ingilis dili üstünlükdür);
-Ünsiyyətcil, operativ,təşəbbüskar,komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
-Şirkət əməkdaşlarının müalicə və əməliyyat olunacaq tibb müəssislərinin təyini, xidmət keyfiyyətinin və yarana biləcək büdcənin müəyyən edilməsi üçün bazar araşdırması etmək və rəhbərliyə təkliflər bildirmək;
-Əməkdaşlara tibbi dəstək göstərilməsi üçün müvafiq tibb müəssisələr ilə danışıqlar aparmaq;
-Şirkət əməkdaşlarına şirkətin müvafiq təlimat və prosedurlarına əsasən tibbi dəstəyin göstərilməsini təmin etmək;
-Şirkət əməkdaşlarının tibb barədə müraciətlərini qəbul etmək və ilkin müayinədən keçirmək;
-Tibbi dəstək müraciətlərinin şirkətin müvafiq prosedur və təlimatına uyğun olmasını araşdırmaq;
-Əməkdaşlara tibbi dəstək göstərildikdən sonra xəstəxana ilə müalicə prosesinin yekunlaşmasının nəzarət edilməsini təmin etmək;
-Tibbi xərclərin illik büdcəsinin proqnozlaşdırılmasında və rəhbərliyə təqdim edilməsində iştirak etmək;
-Şirkət əməkdaşları tərəfindən daxil olan müraciətləri qəbul etmək və müvafiq geridönüşlər etmək.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tibbi koordinator” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 gün, 3 saat, 42 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 6 saat, 41 dəq
-
2 gün, 6 saat, 42 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 45 dəq
- 2 gün, 6 saat, 47 dəq