Araz Supermarket mühasib axtarır

İşəgötürən: Araz Supermarket
Vakansiya: Mühasib
Son tarix: 05 iyun 2022
Tələblər:
-Ali təhsil (Mühasibatlıq, İqtisadiyyat)
-İş təcrübəsi müvafiq sahədə 1 il;
-Yüksək səviyyədə MS Office bilikləri;
-Vergi qanunvericiliyi və Əmək məcəlləsindən məlumatlı olması;
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
-Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.
Vəzifə öhdəlikləri:
-Françayzing mağazaların mükəlləfiyyətinə uyğun vergi bəyannamələrinin vergi orqanlarına təqdim edilməsi;
-Françayzing mağazaların işçilərinin işə qəbul prosesinin rəsmiləşdirilməsi, müqavilələrə dəyişiklik,xitam verilməsi;
-Françayzing mağazaların işçilərinin əmək haqqının, məzuniyyətinin hesablanması;
-E-qaimə göndərilməsi, bank ödənişlərinin icra olunması;
-Kreditor-debitor üzləşmələrin aparılması;
-Vahid muzdlu hesabatın təqdim edilməsi;
-Vergidən daxil olan məktubların nəzarətdə saxlanılması, müvafiq olaraq cavablandırılması;
-Rəhbərliyin tapşırıqlarının icrası.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-5 günlük iş qrafiki;
-Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 4 saat, 45 dəq
- 4 gün, 8 saat, 47 dəq
- 4 gün, 14 saat, 28 dəq
- 4 gün, 14 saat, 32 dəq
- 4 gün, 14 saat, 38 dəq