Araz Supermarket insan resursları əmək haqqı üzrə mütəxəssis axtarır
İşəgötürən: Araz Supermarket
Vakansiya: İnsan Resursları əmək haqqı üzrə mütəxəssis
Son tarix: 16 oktyabr 2022
Tələblər:
-Ali təhsil;
-İş təcrübəsi: 1 ildən yuxarı;
-MS Office bilikləri;
-Əmək məcəlləsi haqqında haqqında biliklər;
-Komanda ilə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
-Şirkət əməkdaşlarının aylıq əmək haqqını (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablamaq və ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;
-İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq addımlar atmaq;
-Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişləri hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;
-Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və tabel formalaşdırmaq;
-Əmək haqqı kartlarının işçilərə təhvil verilməsini təmin etmək;
-Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq;
-Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;
-Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-5 günlük iş qrafiki;
-Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnsan resursları əmək haqqı üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 5 saat, 55 dəq
- 7 saat, 18 dəq
- 7 saat, 20 dəq
- 7 saat, 20 dəq
- 18 saat, 40 dəq