Apteklər şəbəkəsi “Logistika üzrə mütəxəssis” axtarır

“Zeytun Pharmaceuticals” apteklər şəbəkəsi “Logistika üzrə mütəxəssis” vakansiyasını elan edib
Tələblər:
– Ali təhsil
– Azərbaycan və Rus dilləri üzrə sərbəst biliklər, İngilis dili arzu olunandır
– Logistika sahə üzrə ən azı 2 il iş təcrübəsi
– Microsoft Office proqramlarından istifadə bacarığı
– 1C üzrə sərbəst biliklər
– Analitik düşüncə tərzi
– Ünsiyyət qurma bacarığı
– Komandada işləmə bacarığı və etibarlılıq
– Operativlik, dəqiqlik, məsuliyyət
Vəzifə öhdəlikləri:
– Dərmanların qeydiyyatdan keçirilməsi üçün analitika və ekspertiza mərkəzinə sənədlərin təqdim edilməsi
– Sənədlərdə problem olduqda, yaxud çatişmayan sənədləri əldə etmək üçün müvafiq xarici zavodlarla daimi əlaqənin yaradılması
– İdxala icazə sənədlərin alınması üçün sənədlərini toplamak və müraciət etmək (tibbi ləvazimatlar və dərman vasitələri)
-Analitik ekspertizada araşdırılmış problemlərin aradan qaldırması və həll edilməsi
İş şəraiti:
– İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
– 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
– Nahar şirkət tərəfindən təmin olunur;
– Tibbi siğorta ilə təmin olunma;
– Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
-
17 dəq
“Çilingər” (Yük maşınları, texnika və avtomobil üzrə) tələb olunur
-
54 dəq
Satış sahəsində sənədlərlə iş təcrübəsi olan köməkçi axtarılır
- 2 saat, 42 dəq
- 4 saat, 46 dəq
- 19 saat, 28 dəq