Aparıcı bank arxiv üzrə mütəxəssis axtarır

İşəgötürən: Paşa Bank
Vakansiya: Arxiv üzrə mütəxəssis
Müddət: 2022-04-13 – 2022-05-13
Şəhər: Bakı
İşiniz nədən ibarətdir?
-Arxivə daxil olmuş Sənədlərin səliqəli və razılaşdırılmış vaxt ərzində yoxlanılması və müəyyən edilmiş qovluqlara yerləşdirilməsi
-Arxivdə saxlanılan sənədlərin səliqəli saxlanılması və yenidən bərpa edilməsinin təmin edilməsi və bu -məqsədlə sənədlərin dəqiq reyestrinin aparılması
-Hökumət, məhkəmə və ya vergi orqanları tərəfindən tələb edilən sənədlərin təhvil-təslim prosesinin həyata keçirilməsi
-Dövlət arxivinə göndərilməli sənədlərin hazırlanması
-Qısa müddətli istifadə üçün nəzərdə tutulan sənədlərin tələb olunan qaydada məhv olunması prosesində Baş mütəxəssisə dəstək
-Digər strukturlardan arxiv sənədləri və məlumatlarla bağlı müraciətlərinə vaxtında cavab verilməsi
-Şirkətin katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə menecerə yardım edilməsi
-Bankın kitabxana vəsaitlərinin səliqəli saxlanılması və yenidən bərpa edilməsinin təmin edilməsi, həmçinin Kitabxana vəsaitlərinin prosedurlara uyğun olaraq təhvil-təslim prosesinin təmin edilməsi
-Daimi sənədlərin reyestrinə və kitabxananın istifadəsinə dair statistik hesabatların hazırlanmasına təmin etmək
-Qrup Rəhbərinə arxiv işi üzrə risklərin aşkarlanmasında və idarəedilməsində aktiv dəstək olmaq
Sizdən nə tələb olunur?
-Təhsil: Bakalavr dərəcəsi
-İş təcrübəsi: 0-2 il, Bank sahəsində təcrübəsi olanlara üstünlük verilir
-Xarici dil biliyi: Rus və İngilis
-Kompüter bilikləri: Microsoft Office
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.04.2022-ci il tarixinədək başlıqda “Arxiv üzrə mütəxəssis” qeyd edərək [email protected] göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 11 dəq
-
14 dəq
Quba Palace Hotel məişət və təsərrüfat şöbəsinin müdir müavini axtarır
- 1 saat, 58 dəq
-
2 saat, 41 dəq
İri şirkətə “Fraud və Dələduzluğa Qarşı Mübarizə üzrə Mütəxəssis” axtarılır
-
2 saat, 54 dəq
PMD Projects “Keyfiyyətə nəzarət üzrə aparıcı elektrik mühəndisi” axtarır