Alphakids aparıcı mühasib axtarır

İşəgötürən: Alphakids
Vakansiya: Aparıcı mühasib
Son tarix: 07 iyul 2023
Vəzifə öhdəlikləri:
-Kommersiya strukturunu bilməli, Dövlət qurumları tərəfindən tələb olunan bütün vergi və maliyyət hesabatlarını tərtib etmək;
-Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş vaxtda tərtib və təqdim edilməsi;
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;
-Rentabelliyin daim nəzarətdə saxlanılması məqsədilə şirkətin fəaliyyətinə məxsus maya dəyərləri, vergi riskləri, kreditor və debitorlarla düzgün hesablaşmalar aparmalı;
-Mal-material uçotunun düzgün təşkili və anbar uçotunun aparılması;
-Pul vəsaitləri haqqında hesabatın, mənfəət və balans hesabatlarının aylıq və illik olaraq tərtibi və analizlərini həyata keçirmək, vergi qaydalarının uyğunluğunu təmin etmək;
-Hesab və elektron qaimə-fakturaların yazılması;
-Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
-Vergi, statistika və DSMF hesabatların hazırlanması.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
-Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat);
-Aparıcı mühasib olaraq ən azı 3 il iş təcrübəsi;
-1C 8.3 proqram; Microsoft Office (Outlook, Word, xüsusi ilə Excel) əla səviyyədə bilməli (LOGO proqramını bilənlərə üstünlük veriləcək);
-Azərbaycan dilni əla səviyyədə bilməli;
-İngilis dilni B1 (orta səviyyədə) bilməli;
-Vergi məcəlləsini əla bilməli;
-PMS (Peşəkar Mühasib Sertifikatı) sertifikatı olanlara üstünlük veriləcək;
-Dürüst və məsuliyyətli;
-Yüksək analitik təhlil, iri həcimli məlumatları işləmək bacarığı olmalı;
Digər şərtlər:
-Yaş həddi: 25 – 45 yaş
-Əmək haqqı: NETT olaraq 1000 –1500 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
-İş rejimi: 5 günlük iş həftəsi;
-Nahar bağça tərəfindən təmin edilir;
-İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küç.203-cü məhəllə ünvanında yerləşən körpələr evi-uşaq baxçası.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
CV-də yazdığınız məlumatların doğruluğundan əmin olun. Yalnış məlumatın verilməsi müraciətinizin imtina olunması ilə nəticələnə bilər.
Vakansiyalar
- 2 gün, 17 saat, 30 dəq
- 2 gün, 17 saat, 32 dəq
- 2 gün, 17 saat, 34 dəq
- 2 gün, 17 saat, 36 dəq
- 2 gün, 17 saat, 38 dəq